“Gəncləri dini radikalizm və digər zərərli vərdişlərdən qoruyaq” mövzusunda tədbir keçirilib

Press-relizlər / 12.02.2020 / 15:29

Fevralın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti və Saatlı Rayon Gənclər və İdman İdarəsinin bigə təşkilatçlığı ilə Saatlı şəhər C.Cabbarlı adına 3 nömrəli tam orta məktəbində “Gəncləri dini radikalizm və digər zərərli vərdişlərdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Mehriban Ağayeva, Saatlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, tam orta  məktəbin  direktoru Cəfər Məmmədov, eləcə də məktəbin müəllim və şagirdləri  iştirak edibdilər.

Tədbir iştirakçıları dini radikal qrupların və digər zərərli vərdiş daşıyıcılarının başqalarını necə öz təsiri altına alması, onların təbliğat metodları haqqında danışıb, gənclərin zərərli vərdişlərin təsiri altına düşməmələri üçün təhsilin, idmanın və sağlam həyat tərzinin önəmini diqqətə çatdırıblar. Belə tədbirlərin təhsil ocaqlarında keçirilməsinin yeniyetmə və gənclərin dini maarifləndirilməsində və onların zərərli vərdişlərin təsirindən uzaq olmasında mühüm əhəmiyyət daşıdığı bildirilib.

Sonda tədbir iştirakçılarına DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib və onları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

“Sülh aylığı” çərçivəsində İmişlidə tədbir keçirilib

Press-relizlər
03.09.2019 / 15:13
Ətraflı oxu

Allahşükür Paşazadə: Azərbaycanda məzhəblər arasında fikirayrılığından istifadə etmək istəyən düşmənlər çoxdur

Xəbərlər
14.02.2015 / 10:55
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Report”a müsahibəsi

Müsahibələr
20.10.2016 / 15:21
Ətraflı oxu

“Multikulturalizmin Azərbaycan modeli” layihəsinə start verilib

Multikulturalizm
12.08.2016 / 23:03
Ətraflı oxu

Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
30.10.2018 / 15:54
Ətraflı oxu

Zərdabda Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
04.04.2019 / 14:14
Ətraflı oxu