Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Press-relizlər / 12.02.2020 / 10:44

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Salyan rayonundan olan vətəndaşları qəbul edəcək. Qəbul fevralın 18-də saat 10:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Həmin tarixdə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov

Yeni Azərbaycan Partiyasının Biləsuvar Rayon təşkilatının inzibati binasında saat 11:00-da vətəndaşların müraciətlərini dinləyəcək. Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov fevralın 13-də Hacıqabul rayon Heydər Əliyev Mərkəzində saat 15:00-da rayon sakinlərini qəbul edəcək. Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı isə fevralın 20-də saat 11:00-da Şirvan şəhər Gənclər Evində şəhər sakinləri ilə görüşəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı qəbula gəlmək istəyən vətəndaşlardan Komitənin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Telefon:

(070) 220-00-20

021 215 21 30

Elektron poçt ünvanları:

chairman@scwra.gov.az

info@scwra.gov.az

dk-shirvan@scwra.gov.az

Son baxılan xəbərlər

“Dini radikalizmlə mübarizədə elmin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
19.02.2020 / 17:38
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində növbəti tədbir Lənkəranda keçirilib

Press-relizlər
06.09.2018 / 09:40
Ətraflı oxu

Bərdədə “İnsan hüquqları aylığı” mövzusunda tədbir keçirilib

Press-relizlər
31.05.2017 / 14:42
Ətraflı oxu

Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

Xəbərlər
22.01.2019 / 09:56
Ətraflı oxu

Aİİ-də Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

Press-relizlər
11.10.2018 / 17:21
Ətraflı oxu

DQİDK və Kəlbəcər RİH-in təşkialtçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir ...

Press-relizlər
12.06.2019 / 15:24
Ətraflı oxu