Dövlət Komitəsinin sədri ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb

Press-relizlər / 05.02.2020 / 16:15

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı fevralın 5-də  ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Qonaqları salamlayan DQİDK sədri bildirib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, din hər zaman dövlətin xüsusi diqqət yetirdiyi sahələrdən biridir. Ölkəmizdə insanların dini etiqad azadlığının təmin olunması və qorunması üçün hüquqi baza var və hər bir vətəndaşın etiqad azadlığı dövlətin təminatı altındadır. Azərbaycanda multikultural və tolerant mühitin dərin tarixi köklərə malik olduğunu diqqətə çatdıran Mübariz Qurbanlı yəhudilərin ölkəmizdə məskunlaşma tarixi və yəhudi icmalarının Azərbaycandakı fəaliyyətindən danışıb. Qeyd edib ki, dövlət tərəfindən qeydiyyata alınan qeyri-islam dini qurumlarından 8-i yəhudi dini icmasıdır,  eyni zamanda ölkəmizdə 7 sinaqoq və bir sıra yəhudi məktəbləri fəaliyyət göstərir. Konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunur, məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da dövlət tərəfindən təmir və bərpa edilir, yeniləri inşa olunur. Hər il dövlətimizin başçısı tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maliyyə vəsaiti ayrılır.

Söhbət zamanı qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında da ətraflı məlumat verilib.

Görüş və əhatəli məlumat üçün təşəkkürlərini bildirən qonaqlar Azərbaycanın həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkələr sırasında olmasını yüksək qiymətləndiriblər. Ölkəmizin multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş çoxşaxəli siyasətinin təqdirəlayiq hal olduğunu vurğulayıblar.

Görüşün sonunda Komitə sədri qonaqların suallarını cavablandırıb.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə San Diyego Universitetinin professoru Martin Kruminq, Yəhudi Respublikaçılar Alyansının təsisçisi Miç Silberman, “Newsblaze” portalının jurnalisti Nurit Qrinqer və jurnalistlər  Leon Veynşteyn, Raul Kontreras daxildir.


Son baxılan xəbərlər

Lənkəranda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
21.02.2019 / 09:30
Ətraflı oxu

Zaqatalada multikulturalizm mövzusunda tədbir keçirilib

Press-relizlər
19.04.2016 / 18:12
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Xəbərlər
09.10.2020 / 11:41
Ətraflı oxu

Beyləqanda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
20.04.2018 / 17:34
Ətraflı oxu

Los-Ancelesdə Azərbaycan tolerantlığına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
16.05.2018 / 17:35
Ətraflı oxu

Lerikdə dini radikalizm fəsadları müzakirə olunub

Press-relizlər
24.01.2018 / 11:33
Ətraflı oxu