“Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib

Xəbərlər / 29.01.2020 / 16:10

Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi və Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbə məscidi dini icması ilə birlikdə “Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Bakı şəhəri  üzrə şöbəsinin əməkdaşı Amal Məlikov,  məscidin imamı və dini icmasının sədri Telman Əsədullayev və qəsəbə dindarları iştirak ediblər.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov  çıxış edərək bildirib ki, DQİDK dini sahədə maarifləndirmə işi aparmaqla yanaşı gənclərin və yeniyetmələrin pis vərdişlərə yiyələnməsinin qarşısının alınması sahəsində də maarifləndirici tədbirlər icra edir. Bu silsilədən narkomaniya əleyhinə həyata keçirilən tədbirləri də göstərmək olar. Dünyada narkomaniyaya yoluxmuşların əksəriyyəti, təəssüf ki, gənclərdir. Ölkəmizdə bu bəlaya düçar olanların sayı bir o qədər çox olmasa da, bu, Azərbaycan dövlətini narahat edir və onların reablitasiyası üçün əlindən gələni edir.

Məscidin imamı Telman Əsədullayev çıxış edərək bildirib ki,  Azərbaycan əhalisinin böyük əksəriyyətinin etiqad etdiyi İslam dinində zərərli vərdişlər qadağan edilib. Zərərli vərdişlərlə mübarizədə ictimai qınağın böyük önəmi var və bu işdə din xadimlərinin üzərinə daha çox məsuliyyət düşür.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Samux şəhər 1saylı tam orta məktəbdə vətənpərvərlik mövzusuna həsr edilmiş tədbir keçirilib

Press-relizlər
18.05.2018 / 11:47
Ətraflı oxu

Din xadimləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Press-relizlər
19.11.2019 / 15:28
Ətraflı oxu

Gündüz İsmayılov: Ramazan cəmiyyətdə vəhdət və qardaşlıq anlayışlarının təbliği üçün gözəl fürsətdir

Xəbərlər
15.04.2021 / 10:10
Ətraflı oxu

“Gənclərin dini radikalizm və ekstremizm meyillərindən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.03.2019 / 09:32
Ətraflı oxu

Şəkidə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
01.11.2017 / 17:30
Ətraflı oxu

Qazaxda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
06.08.2019 / 14:10
Ətraflı oxu