Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib

Xəbərlər / 22.01.2020 / 15:23

Yanvarın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə 6 və 15 saylı cəzaçəkmə müəssisələrində “Dünyəvi dövlətdə dinin yeri və rolu” mövzusunda seminar keçirilib.

Tədbirdə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu, Penitensiar Xidmət və cəzaçəkmə müəssisələrinin nümayəndələri iştirak ediblər.  

Seminarı giriş sözü ilə açan 6 saylı cəzaçəkmə müəssisəsinin Tərbiyə İşinin Təşkili şöbəsinin rəisi Xəlil Məmmədov mənəvi dəyərlərimizin təbliğinə yönəldilən bu cür dini maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Rəhim Rəhimli məruzəsində ölkəmizdə formalaşmış dövlət-din münasibətlərindən, milli-mənəvi dəyərlərin təbliği, tolerant və multikultural ənənələrin təşviqi məqsədi ilə həyata keçirilən kompleks tədbirlərin vacibliyindən danışıb. O qeyd edb ki, Azərbaycanda dünyaya nümunə ola biləcək tolerant mühit mövcuddur. Məhz buna görə də ölkəmizdə müxtəlif dinlərin nümayəndələri dinc, yanaşı, azad şəraitdə yaşayırlar.

Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov çıxışında dünyanın dinlər və məzhəblərarası münaqişələrlə çalxalandığı bir dövrdə Azərbaycanın özünün multikulturalizm modelini nümunə kimi təqdim etməsindən danışıb. Bildirib ki, Azərbaycanda multikultural həyat tərzinin real nümunələri mövcuddur və multikulturalizm radikalizmin qarşısının alınmasında mühüm vasitədir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavblandırılıb.


Son baxılan xəbərlər

DQİDK sədri Mübariz Qurbanlı: “Ermənilər ölkəmizin işğal olunmuş ərazilərində nəyin bahasına olursa-olsun Azərbaycan və ...

Press-relizlər
18.09.2020 / 12:23
Ətraflı oxu

Bakıda “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
05.03.2019 / 17:45
Ətraflı oxu

Qaradağda “İslam dəyərləri” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
12.09.2018 / 11:08
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
02.08.2019 / 09:56
Ətraflı oxu

Din xadimlərinin iştirakı ilə onlayn tədbir keçirilib

Xəbərlər
23.09.2020 / 11:20
Ətraflı oxu

Xocalı soyqırımı Azərbaycanın tarixinə ən dəhşətli və qanlı səhifələrdən biri kimi daxil olub

Xəbərlər
26.02.2020 / 11:20
Ətraflı oxu