20 Yanvar şəhidləri Lənkəranda anılıb

Press-relizlər / 17.01.2020 / 11:11

Yanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə rayonun  Şürük kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Cəmil Axundzadə, məktəbin direktoru Namiq Bağırov, müəllimlər və şagirdlər iştirak edib.

Tədbir şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlanıb.

Çıxışlar zamanı 20 Yanvar faciəsinin xalqımızın tarixində şərəf və ucalıq rəmzi olduğu bildirilib.  Natiqlər, 1990-cı ilin 20 yanvarında baş verən faciəvi hadisələrə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.


Son baxılan xəbərlər

İslam dünyası müasir beynəlxalq münasibətlərdə

Multikulturalizm
14.10.2016 / 09:46
Ətraflı oxu

Aİİ beynəlxalq əlaqələrini genişləndirir

Press-relizlər
26.10.2018 / 12:08
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
02.07.2018 / 16:42
Ətraflı oxu

Quba, Oğuz və Astarada "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
31.05.2019 / 15:19
Ətraflı oxu

Səyyad Salahlı: “Heydər Əliyevin dövlət-din münasibətlərinin inkişafında müstəsna xidmətləri olub”

Press-relizlər
19.12.2019 / 12:38
Ətraflı oxu

Cənab İlham Əliyevin qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir

Xəbərlər
21.04.2018 / 11:51
Ətraflı oxu