Masallıda "Dini radikalizm və narkomaniya ilə mübarizədə maarifləndirmə işinin əhəmiyyəti" mövzusunda tədbir keçirilib

Press-relizlər / 16.01.2020 / 15:14

Yanvarın 16-da Masallı rayonu Ərzuman İsmayılov adına Yeyənkənd kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Dini radikalizm və narkomaniya ilə mübarizədə maarifləndirmə işinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, Ərzuman İsmayılov adına Yeyənkənd kənd tam orta məktəbin direktoru İmaməddin Teymurov, müəllim və şagirdlər iştirak ediblər.

Tədbir iştirakçıları zərərli vərdişlərlə və radikalizmlə mübarizədə gənclər arasında aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar. Eyni zamanda, radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə həyata keçirilən genişmiqyaslı işlərdən bəhs olunub.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırlıb.


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
10.10.2019 / 16:44
Ətraflı oxu

Hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
13.03.2019 / 10:04
Ətraflı oxu

Tərtərdə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
19.04.2018 / 17:19
Ətraflı oxu

Ucarda zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
29.06.2018 / 16:22
Ətraflı oxu

"Dövlət və Din" ictimai fikir toplusunun növbəti sayı işıq üzü görüb

Press-relizlər
18.11.2020 / 10:50
Ətraflı oxu

Məhərrəmlik mərasimlərinin təşkili ilə bağlı tədbir keçirilib

Press-relizlər
20.08.2019 / 15:57
Ətraflı oxu