Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər / 26.12.2019 / 11:42

Dekabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov Qazaxıstan Respublikasının N.Nazarbayev adına Dinlərarası və Sivilizasiyalararası Dialoqun İnkişafı Mərkəzinin Departament rəhbəri Karlıqaş T. Kalilaxanova ilə görüşüb.

Görüş zamanı Komitə sədrinin müavini S.Heydərov Azərbaycan və Qazaxıstanda insanların sabitlik, tolerantlıq və multikulturalizm şəraitində yaşamalarının əhəmiyyətinə diqqət çəkərək, bunu ölkələrimizin nailiyyəti adlandırıb. O qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası dialoq və multikulturalizmi dövlət siyasətinin prioriteti elan edərək bu istiqamətdə qlobal forumlara ev sahibliyi edir. Qazaxıstan da öz növbəsində, dini qurum və konfessiyaların ənənəvi toplantılarını təşkil edir. Bütün bunlar ölkələrimizin sivilizasiyalar və dinlər arasında dialoqun qurulmasında həmrəyliyini nümayiş etdirir. S.Heydərov vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin əsası qoyulub və bu təşəbbüs sonrakı illərdə qlobal prosesə çevrilib. O, Bakıda keçirilən mədəniyyətlərarası və humanitar forumların əhəmiyyətindən də danışıb, bunu ölkəmizin, xüsusilə dövlətimizin başçısının dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfənin təzahürü kimi qiymətləndirib.

Çıxışı zamanı dövlət-din münasibətlərinin təkmilləşdirilməsi sahəsində Azərbaycanda həyata keçirilən dövlət siyasətinə toxunan S.Heydərov bildirib ki, ölkəmizdə dini təhsilin gücləndirilməsi, bu sahədə savadlı ilahiyyatçıların hazırlanması üçün Dövlət Komitəsinin tərkibində İlahiyyat İnstitutu yaradılıb.

N.Nazarbayev adına Dinlərarası və Sivilizasiyalararası Dialoqun İnkişafı Mərkəzinin dinlərarası və sivilizasiyalararası dialoqun təbliği Departamentinin rəhbəri Karlıqaş T. Kalilaxanova öz növbəsində iki ölkə arasında din siyasətinin həyata keçirilməsinin oxşar cəhətləri barədə danışıb. Qonaq Azərbaycanın multikulturalizm modelinin mükəmməl olduğunu bildirib və respublikada multikulturalizm və sivilizasiyalararası dialoq ideyasının təşviqi istiqamətində görülən işləri yüksək qiymətləndirib.  Qeyd olunan istiqamətdə əməkdaşlığın, müvafiq təcrübə mübadiləsinin əhəmiyyətindən danışaraq əlaqələrimizin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Karlıqaş T. Kalilaxanova səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.


Son baxılan xəbərlər

Gündüz İsmayılov: “Ermənilər xristianların dini heysiyyatından sui-istifadə etməyə çalışır”

Açıqlama
12.10.2020 / 10:24
Ətraflı oxu

Cənab İlham Əliyevin qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir

Xəbərlər
21.04.2018 / 11:51
Ətraflı oxu

Beyləqanda “Dini radikalizmlə mübarizə: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib

Press-relizlər
31.10.2019 / 14:30
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır"

Açıqlama
24.01.2018 / 13:07
Ətraflı oxu

Prezident İlham Əliyev Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirini qəbul edib

Xəbərlər
03.12.2018 / 17:49
Ətraflı oxu

Ucarda “Dini və ideoloji təhlükəsizlik” mövzusunda regional seminar-müşavirə keçirilib

Xəbərlər
29.07.2019 / 17:45
Ətraflı oxu