Astarada Ulu Öndərin xatirəsi anılıb

Press-relizlər / 12.12.2019 / 17:15

Dekabrın 12-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Astara rayonu Lovayın kənd məscidində tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Turan Həsənzadə, Emin  Həmidli, Kijəbə qəsəbə məscidi dini icmasının sədri Ələkbər İsayev, Lovayın kənd məscidinin imamı Nurəddin Mərufov, Astara Rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sədail Qasımov, qəsəbə bələdiyyəsinin sədri Ağadadaş Qənbərov və dindarlar iştirak ediblər.

Əvvəlcə Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib və ruhuna dualar oxunub.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti və zəngin irsi haqqında ətraflı məlumat veriblər. Milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsində Ümummilli Liderin misilsiz xidmətləri diqqətə çatdırılıb. Heydər Əliyevin xilaskarlıq missiyası ilə, xalqımız qarşısındakı əvəzolunmaz və tarixi xidmətləri ilə hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazandığı vurğulanıb.


Son baxılan xəbərlər

Ağdaşda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
02.02.2018 / 16:08
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: 20 illik zaman kəsiyində

Xəbərlər
18.06.2021 / 16:10
Ətraflı oxu

Nic qəsəbəsindəki Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa edilərək istifadəyə ...

Xəbərlər
07.11.2020 / 15:41
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.03.2019 / 17:16
Ətraflı oxu

Mingəçevirdə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda tədbir keçirilib

Press-relizlər
25.05.2018 / 16:27
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
27.12.2019 / 11:29
Ətraflı oxu