Bakıda "Din və dünyəvi təhsil" mövzusunda konfrans keçirilib

Press-relizlər / 06.12.2019 / 14:59

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Din və dünyəvi təhsil" mövzusunda konfrans keçirilib.

Bakı şəhərinin Sabunçu rayonunun ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov qeyd edib ki, mənəvi dəyərlər sistemində dini dəyərlərimizin xüsusi yeri var. Onun sözlərinə görə, mənəvi dəyərlərimizin düzgün təbliği istiqamətində bu cür tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir. Hüseyn Əsgərov onu da bildirib ki, gənclərimiz, eləcə də məktəblilər vətənpərvərlik, dəyərlərimizə bağlı ruhda böyüməlidirlər: “Milli ruhu olan xalq hər zaman qalib xalqdır”-,deyə müdir müavini əlavə edib.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov deyib ki, xalqımız hər zaman İslam dininə ehtiram göstərir. Sədr müavininin sözlərinə görə, əhalisinin 96 faizi müsəlman olan Azərbaycan dünyəvi, demokratik bir ölkədir və din dövlətdən ayrıdır.

Vətəni sevmək, onu qorumağın dinimizdə bizə vacib buyrulduğunu  diqqətə çatdıran Gündüz İsmayılov deyib ki, hər bir şəxs, o cümlədən dindarlar ölkəsini, Vətənini sevməlidir: “Dindar olmaq ədalətli olmaq, Vətəni, ailəni, cəmiyyəti sevmək deməkdir”-,deyə sədr müavini vurğulayıb.

İslamın sülh, əmin-amanlıq, inkişafa, elmə və təhsilə böyük önəm verən din olduğunu qeyd edən DQİDK-nın sədr müavini bildirib ki, dünyada, eləcə də Azərbaycanda dinin siyasiləşdirilməsinə və məzhəbçiliyin təbliğinə cəhdlər edilsə də, bu cəhdlərin heç bir perspektivi yoxdur.

Dövlət Komitəsinin sədr müavini onu da qeyd edib ki, mənəvi və dini dəyərlərimizin gənc nəslə düzgün təbliğ edilməsində ziyalıların, o cümlədən müəllimlərin üzərinə böyük məsuliyyət düşür.

Konfrans müzakirələrlə davam edib.


Son baxılan xəbərlər

Masallıda “Dinimiz radikalizm və ekstremizmi rədd edir” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.11.2017 / 15:25
Ətraflı oxu

Prezident İlham Əliyev Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib

Xəbərlər
30.03.2019 / 13:21
Ətraflı oxu

Masallıda "Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.10.2019 / 14:58
Ətraflı oxu

Masallı rayonunda tədbir keçirilib

Press-relizlər
20.05.2019 / 15:31
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: "Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə beynəlxalq tədbirlər keçirəcək"

Press-relizlər
15.01.2020 / 12:05
Ətraflı oxu

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Xəbərlər
08.09.2018 / 14:58
Ətraflı oxu