Balakəndə maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər / 05.12.2019 / 16:55

Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Balakən Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayon Yeni Şərif kənd tam orta məktəbində “Gənclər dini radikalizmə qarşıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, məktəbin direktoru Sabir Xoçberov, müəllimlər və şagirdlər iştirak ediblər.                           

Çıxışlarda mövzunun aktuallığı qeyd edilərək, gənclərlə bu cür görüşlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri, törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilib, gənclərin radikal dini qruplardan qorunması məsələsində düzgün maarifləndirmənin önəmi barədə danışılıb. Həmçinin bildirilib ki, bu gün dövlətimiz tərəfindən radikalizm meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və bu mübarizədə hər bir vətəndaş dövlətlə eyni mövqedən çıxış etməli, xüsusilə gənclər bu işdə fəallıq göstərməlidirlər.     

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilmiş maarifləndirici ədəbiyyat  paylanılıb.


Son baxılan xəbərlər

"Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusu müzakirə edilib

Xəbərlər
15.07.2021 / 17:12
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: “Senat bu addımı ilə Fransanın özünə xələl gətirən hərəkətə yol ...

Press-relizlər
26.11.2020 / 17:44
Ətraflı oxu

Mübariz Qurbanlı: “İnanırıq ki, ABŞ hökuməti və Konqres bu layihəni müdafiə etməyəcək”

Açıqlama
17.12.2015 / 18:20
Ətraflı oxu

“Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda onlayn seminar keçirilib

Press-relizlər
04.05.2021 / 12:55
Ətraflı oxu

Xocalı soyqırımı: erməni terrorizmi İslam həmrəyliyi fonunda

İSLAM HƏMRƏYLİYİ İLİ
25.02.2017 / 11:48
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: Falçılara və cadugərlərə qarşı qanun sərtləşdirilməlidir

Açıqlama
04.11.2015 / 18:04
Ətraflı oxu