Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 29.11.2019 / 16:48

Noyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nizami Rayon İcra Hakimiyyətinin (RİH)  birgə  təşkilatçılığı ilə 220 saylı tam orta məktəbində “Narkotik vasitələrin qəbulu və yayılmasına qarşı mübarizə: hüquqi və mənəvi müstəvidə” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev, RİH başçısının müavini Tanrıverdi Aydınov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vasif İsayev, məktəbin direktoru Gülnaz İsrafilova və başqaları iştirak ediblər.

Çıxışlar zamanı gənclərin zərərli vərdişlərin təsirindən qorunması istiqamətində maarifləndirici tədbirlər və görülmüş işlər barəsində ətraflı məlumat verilib. Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin  artırılması istiqamətində  dövlətimiz tərəfindən aparılan işlərdən danışılıb.


Son baxılan xəbərlər

AXC-nin yaranması tariximizin şanlı səhifələrindəndir

Press-relizlər
23.05.2018 / 15:28
Ətraflı oxu

Göyçayda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər
01.11.2019 / 10:01
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ kanalına müsahibə verib

Press-relizlər
24.10.2018 / 15:54
Ətraflı oxu

Bərdədə "Şəhadət" filmi nümayiş olunub

Press-relizlər
12.03.2018 / 16:58
Ətraflı oxu

Bayıl qəsəbəsi 51 saylı tam orta məktəbdə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda ...

Press-relizlər
16.05.2018 / 14:34
Ətraflı oxu

Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Press-relizlər
07.02.2018 / 17:42
Ətraflı oxu