Şəkidə “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər / 26.11.2019 / 14:52

Noyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Şəki rayonu Daşüz kəndində “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib.

Seminar-treninqdə Şəki ŞİH başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, kənd dindarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şəki ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov mövzunun aktuallığından danışaraq bildirib ki, dini radikalizmin qarşısının alınmasında dini maarifləndirmə işinin aparılması ən önəmli məsələlərdəndir.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə çıxışında qeyd edib ki, günümüzdə  Yaxın Şərqdə gedən proseslərin meydana çıxmasına səbəb dini radikalizm və dini ekstremizmdir. Bildirib ki, dini radikalizm dini savadsızlığın, xurafatın və cəhalətin təzahürüdür. C.Əlifzadə, həmçinin din və elmin bir-birləri ilə vəhdət təşkil etməsindən elmin, təhsilin dini radikalizmə qarşı mübarizədə önəmindən danışıb.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev dini radikalizm və ona qarşı mübarizədə elm və təhsilin əhəmiyyətindən bəhs edib, dini radikalizmə qarşı mübarizədə dindarların, din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Çıxışlardan sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

İslam həmrəyliyi gənclərin gözü ilə

Press-relizlər
03.05.2017 / 15:17
Ətraflı oxu

Mübariz Qurbanlı: “Radikalizmə qarşı mübarizə təkcə müsəlman ölkələrinin deyil, ümumbəşəri bir məsələdir”

Müsahibələr
11.11.2016 / 17:32
Ətraflı oxu

Beynəlxalq Multikulturalizm Qış Məktəbi başlayır

Multikulturalizm
02.02.2016 / 17:10
Ətraflı oxu

Dövlət Komitəsinin sədri İsrailin Azərbaycandakı səfirini qəbul edib

Press-relizlər
11.01.2016 / 16:05
Ətraflı oxu

Balakəndə maarifləndirici tədbir keçirilib

Press-relizlər
01.06.2017 / 16:29
Ətraflı oxu

Xocalı soyqırımı ilə bağlı bölgələrdə anım tədbirləri keçirilib

Xəbərlər
25.02.2019 / 16:51
Ətraflı oxu