Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi DSX ilə birgə seminar-treninq keçirib

Press-relizlər / 20.11.2019 / 13:47

Noyabrın 20-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Sərhəd Qoşunlarının Göytəpə şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Vətən sərhəddən başlayır, sərhədlərimiz milli dəyərimizdir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, hərbi hissənin komandiri polkovnik Azad Abdullayev, hərbi hissənin zabitləri polkovnik-leytenant Səbuhi Dadaşov, polkovnik-leytenant Bəhruz Qasımov, eləcə də gizir, çavuş və əsgər heyəti iştirak ediblər.

Tədbir Vətən uğrunda şəhid olan igidlərimizin  ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxışlarda dini radikalizmin yaranma səbəbləri, dini radikal qrupların təbliğat metodları və dini radikalizmə qarşı mübarizə üsulları haqqında məlumat verilib. Bildirilib ki, dini radikal qruplar gəncləri öz təsirləri altına cəlb etməyə, onlardan öz məqsədləri üçün istifadə etməyə çalışır. Dini radikalizmin törətdiyi fəsadlardan və bu sahədə hərbçilərin də maarifləndirilməsinin önəmindən bəhs edilib.

Tədbirdə, həmçinin Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

 


Son baxılan xəbərlər

Zərdabda “Dini radikalizm, erkən nikah və zərərli vərdişlər” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
28.10.2017 / 10:29
Ətraflı oxu

Qusarda “Narkomaniya və dini radikalizmin sosial təhlükəsi və doğurduğu fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
23.05.2017 / 09:37
Ətraflı oxu

DQİDK-nın şöbə müdiri ATƏT- in İnsan Ölçüsü üzrə birinci Əlavə Görüşünün videokonfransına qatılıb

Press-relizlər
31.05.2020 / 14:29
Ətraflı oxu

DQİDK yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinin vaxtı elan edilib

Press-relizlər
13.05.2020 / 10:46
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində məhkumların dini etiqad azadlığı tam təmin edilir

Press-relizlər
26.07.2017 / 17:07
Ətraflı oxu

“Həmrəylik-dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

Press-relizlər
06.12.2017 / 10:19
Ətraflı oxu