“Religious Tourism Destinations in Azerbaijan” adlı kitab işıq üzü görüb

Kitablar / 20.11.2019 / 11:40

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəhruz Orucovun ingilis dilində “Religious Tourism Destinations in Azerbaijan” (Azərbaycanda dini turizm destinasiyaları) adlı kitabı nəşr olunub.

Kitabda qədim dövrlərdən indiyədək ölkəmizdə mövcud olan, Azərbaycan mənəvi və mədəni irsinin gözəl incilərindən hesab edilən, müxtəlif dini konfessiyalara məxsus məbədlər haqda müfəssəl məlumatlar verilib. Kitabın ilk səhifələrində müsəlman Şərqində ilk parlamentli dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, kitabın istifadə məqsədi və ölkədəki dini mənzərəyə qısa nəzər salınıb. Eramızın I əsrində, eləcə də yeni dövrdə inşa edilmiş, Azərbaycanın 8 bölgəsində yerləşən 51 dini ibadət ocağının ünvanları, onların tarixi, memarlıq xüsusiyyətləri, eləcə də ölkəmizdə yaşayan dini və etnik qrupların adət-ənənələri və milli-dini dəyərləri barədə informasiya, ölkəmiz üçün əlamətdar sayılan hadisələr və məlumatların yer aldığı kitabda müqəddəs məkanların fotoşəkilləri də öz əksini tapıb.

Dini turizm barəsində ilk olan bu nəşr daxili və xarici auditoriyada müvafiq sahə ilə maraqlanan, din və turizm sahəsində çalışan, oxuyan, bələdçilik edən, müstəqil fəaliyyət göstərən şəxslər, habelə ölkəmizin dini turizm potensialını öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabı, həmçinin ölkə daxilində dini tur və ziyarətlər zamanı faydalı məlumat kitabçası kimi də istifadə etmək mümkündür.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun maddi dəstəyi ilə çap olunmuş  kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Son baxılan xəbərlər

Cəmiyyətimizi dini radikalizmin təsirlərindən qoruyaq

Press-relizlər
20.09.2017 / 16:46
Ətraflı oxu

Səyyad Salahlı: "Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır"

Xəbərlər
13.11.2018 / 17:55
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Gəncədə dini ibadətlərin yerinə yetirilməsində heç bir problem olmayıb ...

Açıqlama
11.07.2018 / 18:00
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsrailin nüfuzlu “The Jerusalem Post” qəzetinə müsahibə verib

Press-relizlər
19.01.2018 / 17:20
Ətraflı oxu

Göygöldə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib

Press-relizlər
29.06.2016 / 17:39
Ətraflı oxu

Bakıda “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilib

Press-relizlər
01.05.2019 / 15:41
Ətraflı oxu