Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 15.11.2019 / 15:32

Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Saatlı şəhər  V.Əsgərov adına şəhər 4 saylı tam orta məktəbdə Beynəlxalq Toleranlıq Gününə həsr olunmuş “Tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” mövzusunda maarifləndirici  tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Səidə Mehdiyeva, İslam Cəfərli, məktəbin  müəllimləri və şagirdləri  iştirak ediblər. 

Çıxışlar zamanı Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu  bir məkan olduğu bildirilib. Dövlət-din münasibətlərinin Azərbaycan modeli haqqında məlumat verilib, ölkəmizdə tolerantlıq və multikulturalizmin dövlət siyasətinə çevrilməsi ninməhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd olunub.

Tədbirin sonunda  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

İslam maraqların deyil, dəyərlərin həmrəyliyidir

İSLAM HƏMRƏYLİYİ İLİ
12.04.2017 / 12:03
Ətraflı oxu

Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə ...

Xəbərlər
17.12.2018 / 09:09
Ətraflı oxu

İlham Əliyevin mükəmməl “multikulturalizm və tolerantlıq modeli”

Xəbərlər
01.11.2018 / 10:05
Ətraflı oxu

BSU-da “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda seminar keçirilib

Press-relizlər
09.12.2016 / 15:03
Ətraflı oxu

“The Jewish Press”: Azərbaycan yəhudi-müsəlman münasibətlərinin müsbət nümunəsidir

Multikulturalizm
10.10.2016 / 12:26
Ətraflı oxu

Səyavuş Heydərov: Avropa İttifaqının nümayəndələri Azərbaycandakı dini tolerantlıq mühitini yüksək qiymətləndirdilər

Müsahibələr
10.10.2017 / 18:49
Ətraflı oxu