Komitə sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Press-relizlər / 12.11.2019 / 17:14

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 12-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb.

M.Qurbanlı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir Azərbaycanın dövlət-din münasibətləri modeli, dini durum haqqında ətraflı məlumat verib, tolerantlığın və multikulturalizmin ölkəmizdə çox möhkəm təməl sütunlarının, zəngin tarixi ənənələrinin olduğunu və bu ənənələrin Azərbaycan dövləti tərəfindən inkişaf etdirildiyini qeyd edib.

Dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlərin önəmli yerlərdən birini tutduğunu bildirən Komitə sədri Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görüldüyünü deyib. Ölkəmizdə gender bərabərliyinin qorunması sahəsində dövlət tərəfindən mühüm addımlar atıldığından, qadınlara yönəlik dövlət siyasətinin həyata keçirildiyindən bəhs edən Komitə sədri İslam dinində qadına və qadın hüquqlarına verilən dəyərdən danışıb. O qeyd edib ki, qadın hüquqlarının qorunması, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması, gender bərabərliyi ilə bağlı məsələlərin həlli  istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kompleks tədbirlər həyata keçirir. Bu tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və DQİDK-nın tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu yaxından iştirak edir. Eyni zamanda, dini icmalar tərəfindən bölgələrdə və paytaxtda reallaşdırılan layihələrin də bir çoxunun əsas mövzusunun İslamda qadın hüquqlarının və azadlıqlarının qorunması və təbliğinə həsr olunduğu diqqətə çatdırılıb.

Mübariz Qurbanlı BMT-nin Azərbaycandakı Nümayəndəliyinin bu istiqamətdəki tədbirlərində Dövlət Komitəsinin fəal iştirak edəcəyini bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai öz növbəsində səmimi görüş üçün təşəkkürünü bildirərək qeyd edib ki, Azərbaycanın coğrafi baxımdan Şərqlə Qərb arasında yerləşməsi mühüm əhəmiyyət kəsb edir. Onun coğrafi mövqeyi dözümsüzlük, ekstremizm, radikalizm, eləcə də bir çox digər mənfi təzahürlərin aradan qaldırılması üçün dünyanın iki hissəsi arasında boşluğu necə doldura biləcəyinin çox yaxşı göstəricisidir. Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqa, anlaşmaya, multikulturalizmə öz töhfəsini verdiyi kimi insan hüquq və azadlıqlarının qorunması, xüsusilə gender bərabərliyinin təbliği, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində də mühüm addımlar atır.  

Hər il olduğu kimi bu il də BMT-nin Azərbaycandakı Nümayəndəliyinin 25 noyabr - 10 dekabr tarixləri arasında bütün ölkədə Gender Zorakılığına qarşı 16 günlük fəallıq kampaniyasını həyata keçirəcəyini vurğulayan BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai kampaniyanın əhatə dairəsini genişləndirmək üçün dini qurumların dəstəyinə ehtiyac olacağını bildirib.

Sonda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında nəşr etdirdiyi kitablar təqdim edilib.


Son baxılan xəbərlər

Qubada maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
19.11.2019 / 14:22
Ətraflı oxu

Kürdəmirdə “Sülh və Həmrəyliyə aparan yol – dialoq” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
27.02.2018 / 15:24
Ətraflı oxu

Bakıda "Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirilib

Xəbərlər
07.08.2019 / 15:50
Ətraflı oxu

Amil Cavadov: Birgəyaşayış bizim qürur duyduğumuz sərvətimizdir

Xəbərlər
01.07.2020 / 10:00
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvası

Xəbərlər
21.04.2020 / 11:15
Ətraflı oxu

“Nəsimi ili” ilə əlaqədar tədbir keçirilib

Press-relizlər
14.03.2019 / 16:23
Ətraflı oxu