Sumqayıtda Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Press-relizlər / 08.11.2019 / 09:55

Noyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Qafqaz Müsəlmanlar İdarəsinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü ilə əlaqədar  Sumqayıt şəhərində tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, QMİ-nin bölgə üzrə qazisi Rauf Sərdarov, dini icma sədrləri və din xadimləri iştirak edib.

Çıxışlar zamanı bildirilib ki, Şərqdə ilk demokratik respublika - Azərbaycan Demokratik Respublikasının bayrağı olan üçrəngli bayraq, 1991-ci ildə yenidən müstəqilliyimizi əldə etdikdən sonra Azərbaycan Respublikasının dövlət bayrağı kimi öz təsdiqini tapıb. Üçrəngli, ay-uduzlu bayrağımızın uca tutulmasının və daim zirvələrdə olmasının hər bir azərbaycanlının müqəddəs arzusu olduğu qeyd olunub, bayrağımızın tezliklə işğal altında olan ərazilərimizdə dalğalanacağı və bu günün çox da uzaqda olmadığı vurğulanıb.


Son baxılan xəbərlər

İlham Əliyevdən “İslam Maarifçiliyinin Azərbaycan modeli”nə dəyərli töhfə

Xəbərlər
15.10.2018 / 10:19
Ətraflı oxu

Balakəndə dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.08.2017 / 09:50
Ətraflı oxu

Bakıda "Dini təhsil, dini tərbiyə və dünyəvilik" mövzusunda konfrans keçirilib

Press-relizlər
30.10.2018 / 16:31
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
18.01.2018 / 17:37
Ətraflı oxu

“Azərbaycanda multikulturalizm: tarixilik və müasirlik” adlı kitab nəşr edilib

Kitablar
16.01.2019 / 15:57
Ətraflı oxu

“Mənəvi borc” filminin video formatda təqdimatı keçirilib

Press-relizlər
12.08.2020 / 16:22
Ətraflı oxu