Salyanda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Xəbərlər / 08.11.2019 / 09:50

Noyabrın 5-də Salyan rayonu Sarvan kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində Salyan Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi və Salyan Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq”  mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK, Salyan RİH və RPŞ-nin əməkdaşları, Salyan rayonu Ziyalılar birliyinin nümayəndələri, məktəbin kollektivi, rayon gəncləri, məktəb şagirdləri, dindarlar iştirak  ediblər.                    

Tədbiri giriş sözü ilə açan Salyan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aqşin Babayev rayondakı dini durum barədə ümumi məlumat verib və gənclərə göstərilən qayğıdan, onların təhsili üçün yaradılan şəraitdən danışıb. O, eyni zamanda qeyd edib ki, ölkəmizdəki dini sabitliyin, multikultural və tolerant mühitin formalaşması Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətinin nəticəsidir.

Çıxış edən Sarvan kənd məktəbinin direktoru Müstəcəb Rəcəbov dövlətin uşaqlara qayğısı, onların təlim və tərbiyəsinə verilən önəm barəsində danışıb. O, həmçinin uşaqların tərbiyəsində və təhsilində məktəbin gördüyü işlər barədə də geniş məlumat verib.

DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov öz çıxışında gənclərə dini bilgilərin verilməsi, onların bu mövzu ilə bağlı məlumatlandırılmasının vacibliyinə toxunub. O,  eyni zamanda qeyd edib ki, dini maarifləndirmə işi cəmiyyətin bütün təbəqələrini və fərdlərini əhatə etməklə mütəmadi şəkildə təşkil edilməlidir. Dini maarifləndirmə işinin təkcə təhsil müəssisələrində deyil, eyni zamanda bütün istiqamətlərdə aparılmasının vacibliyini vurğulayan Səftər Rəhimov, bununla gənclərdə dini biliklər sahəsində yaranan boşluqların doldurulması, dini radikalizm meyillərinin zəiflədilməsi və cəmiyyətdə tolerantlığın artırılmasının hədəfləndiyini vurğulayıb.

Sonda çıxış edən Salyan rayonu Ziyalılar birliyinin sədri Allahverdi Piriyev gənclərin radikal qruplaşmaların yalanlarına, təxribatçılıq əməllərinə uymaması və bütün bunlarla mübarizədə gənclər arasında maarifləndirmə tədbirlərinin mütəmadi davam etdirilməsinin vacibliyini qeyd edib. O, bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib.

Təbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Nərimanovda “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
07.06.2017 / 10:07
Ətraflı oxu

Gənclər milli dəyərlərimizin qoruyucuları və daşıyıcılarıdır

Press-relizlər
24.01.2019 / 17:48
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Beynəlxalq Bəhai İcmasının baş katibi ilə görüşüb

Press-relizlər
01.05.2019 / 17:22
Ətraflı oxu

Göyçay rayonunda konfrans keçirilib

Press-relizlər
14.06.2019 / 16:55
Ətraflı oxu

Ağstafada “İslam dini və milli kimliyimiz” adlı tədbir təşkil olunub

Press-relizlər
09.01.2018 / 16:23
Ətraflı oxu

Sumqayıt şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən dini icmaların sədrləri və din xadimləri ilə ...

Xəbərlər
18.06.2015 / 09:55
Ətraflı oxu