Sabirabadda “Milli-mənəvi dəyərlərin təbliğində din icmaların yeri və rolu” mövzusu müzakirə olunub

Press-relizlər / 07.11.2019 / 15:02

Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçlığı ilə “Milli-mənəvi dəyərlərin təbliğində din icmaların yeri və rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad şəhər “Heydər” məscidinin imamı Məhəmməd Əliyev, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.

Vurğulanıb ki, ölkəmizdə dinlər və etnik qruplar arasındakı münasibətlər Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Qeyd edilib ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


 


Son baxılan xəbərlər

Zaqatalada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə olunub

Xəbərlər
19.11.2019 / 15:02
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır və bundan sonra ...

Xəbərlər
15.11.2019 / 10:41
Ətraflı oxu

Paytaxt məktəblərində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
22.05.2019 / 16:43
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi DSX ilə birgə seminar-treninq keçirib

Press-relizlər
20.11.2019 / 13:47
Ətraflı oxu

Xəzər rayonunda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
21.11.2019 / 09:11
Ətraflı oxu

Səyavuş Heydərov: Dini təhlükəsizlik milli təhlükəsizliyimizin başlıca tərkib hissəsidir

Açıqlama
09.04.2018 / 11:33
Ətraflı oxu