Göyçayda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər / 01.11.2019 / 10:01

Oktyabrın 31-də Göyçay şəhər 3 saylı tam orta məktəbdə Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə, zərərli vərdişlərə və erkən nikaha "yox" deyirik" mövzusunda gənclərlə maarifləndirici tədbir keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Eldəniz Məmmədov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Əli Əsgərov, Göyçay rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov, Rayon Təhsil Şöbəsinin əməkdaşları, şagirdlər və müəllimlər iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı təsirdən geniş bəhs olunub. Gənclərin radikal qruplaşmaların yalanlarına, xurafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymaması və bütün bunlarla mübarizədə gənclər arasında maarifləndirmə tədbirlərinin mütəmadi davam etdirilməsinin vacibliyi qeyd olunub.

Şagirdlərə, eyni zamanda narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verilib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlər diqqətə çatdırılıb.

Çıxış edən natiqlər erkən nikahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqlarının olduğunu vurğulayıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

UNESCO-da “Tolerantlıq diyarını” tərənnüm edən möhtəşəm sərgi (FOTO)

Press-relizlər
23.10.2013 / 14:36
Ətraflı oxu

“Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

Xəbərlər
19.03.2021 / 15:16
Ətraflı oxu

DQİDK sədri "Samaritan's Purse" təşkilatının Proqramlar və Hökumət Əlaqələri üzrə vitse-prezidenti ilə görüşüb

Press-relizlər
01.12.2020 / 17:02
Ətraflı oxu

Hərb tariximizin şanlı səhifəsi

Press-relizlər
02.04.2018 / 10:05
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Açıqlama
29.04.2019 / 19:37
Ətraflı oxu

Qubada maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
12.04.2019 / 17:06
Ətraflı oxu