Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Cəlilabad və Yardımlı rayonlarında vətəndaşları qəbul ediblər

Xəbərlər / 29.10.2019 / 16:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq, oktyabrın 29-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Cəlilabad, Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov isə Yardımlı rayonunda vətəndaşları qəbul ediblər.

Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, böyük rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Qırxa yaxın vətəndaşın iştirak etdiyi qəbullar zamanı müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı, dini icmaların fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri və sair məsələlərlə bağlı olub.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
19.02.2018 / 14:05
Ətraflı oxu

Bərdə rayonunda “Dini radikalizmi yaradan səbəblər” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
21.12.2015 / 16:41
Ətraflı oxu

Prezident İlham Əliyev: “Biz çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizlə fərəhlənirik”

Xəbərlər
16.03.2018 / 10:43
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru: İslam dini fitnə və fəsad törətməyi ən böyük ...

Açıqlama
12.07.2018 / 09:44
Ətraflı oxu

Bakıda “Söz azadlığı və dini icmalar” mövzusunda konfrans keçirilib

Arxiv
27.12.2017 / 18:15
Ətraflı oxu

Hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
13.03.2019 / 10:04
Ətraflı oxu