Zaqatalada “Dini radikalizm və ekstremizm gələcək üçün təhlükədir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 29.10.2019 / 15:07

Oktyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhər 2№-li tam orta məktəbində “Dini radikalizm və ekstremizm gələcək üçün təhlükədir” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Məmmədov, Zaqatala Rayon Təhsil Şöbəsinin əməkdaşı Rəcəb Əlizadə, orta məktəbin direktor müavini Bahar Vəliyeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda gənclərin maariflənməsində belə tədbirlərin keçirilməsinin əhəmiyyəti, dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və törətdiyi fəsadlar haqqında  məlumat verilib. Dini radikalizm  və  ekstremizmə qarşı mübarizədə təhsilin rolu qeyd edilib.

Sonda tədbir iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

Xəbərlər
13.12.2018 / 15:24
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
06.06.2018 / 12:11
Ətraflı oxu

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin banisidir

Press-relizlər
03.05.2018 / 10:13
Ətraflı oxu

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilib

Press-relizlər
10.09.2019 / 17:53
Ətraflı oxu

Göygöldə "Vətənpərvər gəncliyin dini radikalizmə qarşi mübarizəsi" mövzusunda vətənpərvərlik və maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
19.04.2018 / 15:33
Ətraflı oxu

Dövlət Komitəsində italiyalı qonaqlarla görüş keçirilib

Press-relizlər
06.06.2016 / 15:33
Ətraflı oxu