Bərdədə regional müşavirə keçirilib

Press-relizlər / 26.10.2019 / 09:41

Oktyabrın 25-də Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş regional müşavirə keçirilib. Tədbirdə  Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq  tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Ağdam, Xocalı, Tərtər, Naftalan, Ağcəbədi, Goranboy rayon Gənclər və İdman idarələrinin nümayəndələri və fəal gənclər iştirak ediblər. 

Çıxışlarda dini radikalizmin yaranma səbəbləri, ona qarşı mübarizə üsulları, gənclərin ekstremizmdən qorunması yollarından danışılıb. Dini radikalizmə qarşı mübarizədə maarifləndirmənin əhəmiyyəti də vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Bakıda “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
05.03.2019 / 17:45
Ətraflı oxu

Mingəçevir şəhəri, Göyçay və Zərdab rayonlarında 20 Yanvar şəhidləri anılıb

Press-relizlər
17.01.2020 / 17:49
Ətraflı oxu

Mübariz Qurbanlı: “İslamda dini bayraqlar yoxdur”

Açıqlama
04.12.2015 / 14:58
Ətraflı oxu

Lerikdə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
03.05.2019 / 17:01
Ətraflı oxu

Radikalizmə qarşı mübarizədə təhsilin rolu böyükdür

Press-relizlər
16.05.2018 / 14:32
Ətraflı oxu

Zaqatalada “Azərbaycan Multikultralizmi: Keçmişdən Günümüzə” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.04.2016 / 14:13
Ətraflı oxu