Dövlət Komitəsinin sədri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri ilə görüşüb

Press-relizlər / 22.10.2019 / 17:36

Oktyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri Tural Gəncəliyev ilə görüşüb.

Görüş zamanı Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərlərin beynəlxalq aləmdə təşviqində Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, o cümlədən dini konfessiyalarla birgə layihələrin həyata keçirməsinin vacibliyi və perspektivləri müzakirə olunub. Eyni zamanda Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılmasında bərabər əməkdaşlığın önəmi vurğulanıb.

Qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə bu istiqamətlərdə tədbirlərin keçirilməsi, xarici dillərdə kitab və bröşürlərin nəşr olunması, video-rolik və sənədli filmlərin  hazırlanması, habelə video müraciətlərin edilməsinin əhəmiyyətinə toxunulub.


Son baxılan xəbərlər

Ağcabədidə zərərli və radikal dini təriqətlərə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
31.03.2017 / 12:13
Ətraflı oxu

Masallıda “Radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
26.05.2017 / 17:08
Ətraflı oxu

Qusar rayonunda dini radikalizmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
23.05.2017 / 09:40
Ətraflı oxu

Bakıda “Mənəvi dəyərlər və dövlət siyasəti” mövzusunda konfrans keçirilib

Xəbərlər
10.10.2019 / 16:58
Ətraflı oxu

4 və 10 saylı cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilib

Press-relizlər
14.09.2017 / 16:23
Ətraflı oxu

Sosial şəbəkələr: radikalların təlim poliqonu və ya “yıxılmamaq” üçün “qaçmağı” öyrənməyin vaxtıdır

Press-relizlər
22.01.2019 / 11:27
Ətraflı oxu