Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Xəbərlər / 22.10.2019 / 15:17

Oktyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Rayon Təhsil Şöbəsi və Rayon Polis Şöbəsinin (RPŞ)  birgə təşkilatçılığı ilə Zaqatala rayonu Muxax kənd 1№-li  tam orta məktəbində “Dini radikalizm və narkomaniyaya qarşı mübarizə metodları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə təşkilatçı qurumların rəsmiləri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxış edən Muxax kənd tam 1№-li tam orta məktəbin direktoru  Ədalət Novruzova keçirilən maarifləndirmə tədbirinin əhəmiyyətini qeyd edib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Vüqar Məmmədov dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və ona qarşı mübarizə üsulları barədə məlumat verib. O bildirib ki, gənclərin  radikal dini qruplaşmaların təsir dairəsinə düşməsinin qarşınının  alınması istiqamətində aparılan mübarizədə cəmiyyətin hər bir üzvü fəallıq göstərməlidir.

Zaqatala RPŞ-nın yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru İlqar Xalıqov narkomaniyanın insan sağlamlığında və psixologiyasında törətdiyi fəsadlar və bu sahədə görülən tədbirlər haqqında  geniş məlumat verib.

Zaqatala Rayon Təhsil Şöbəsinin məsləhətçisi Rəcəb Əlizadə qeyd edib ki, dini radikalizm və narkomaniyanın təsir dairəsindən uzaq olmaq üçün gənclərin mütaliə etməsi və maariflənməsi vacibdir.

Sonda tədbir iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.

 


Son baxılan xəbərlər

Ağstafada “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq başa çatıb

Press-relizlər
26.04.2018 / 12:29
Ətraflı oxu

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına ...

Xəbərlər
09.10.2018 / 14:23
Ətraflı oxu

Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub

Press-relizlər
23.01.2019 / 10:55
Ətraflı oxu

"Suraxanı Oil" Əməliyyat Şirkətinin kollektivi ilə dini radikalizmə qarşı mübarizə istiqamətində maarifləndirici görüş keçirilib

Press-relizlər
23.04.2019 / 12:48
Ətraflı oxu

Qaradağda “İslam dəyərləri” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
12.09.2018 / 11:08
Ətraflı oxu

Aİİ-də Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

Press-relizlər
11.10.2018 / 17:21
Ətraflı oxu