Lənkəranda “Gənclərin radikal dini təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər / 11.10.2019 / 15:56

Oktyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə M.Cəbrayılov adına Şovu kənd tam orta məktəbində “Gənclərin radikal dini təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Cəmil Axundzadə, məktəbin direktoru Könül Bayramova, müəllimlər və şagirdlər iştirak edib.

Çıxışlar zamanı gənclərin radikal dini təsirlərdən və digər zərərli vərdişlərdən qorunmasının vacibliyi vurğulanıb. Radikal dini qruplar və onlara qarşı aparılan mübarizə tədbirləri haqqında məlumat verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Qazaxda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
13.06.2019 / 16:27
Ətraflı oxu

Mingəçevirdə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
07.05.2019 / 16:21
Ətraflı oxu

Milli-mənəvi dəyərlərin böyük təəssübkeşi

Xəbərlər
22.05.2020 / 11:12
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
29.10.2018 / 16:48
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Xəbərlər
05.03.2020 / 10:42
Ətraflı oxu

Vətənə və xalqa layiqli xidmət missiyası

Xəbərlər
26.08.2017 / 09:37
Ətraflı oxu