Press-relizlər / 10.10.2019 / 16:44
Oktyabrın 10-da Qax rayon İlisu kənd tam orta məktəbində Qax Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qax Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə mənəvi dəyərlərimizin yeri və rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, İlisu kənd tam orta məktəbinin direktoru Aybəniz Məmmədova, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri İlisu kənd tam orta məktəbinin direktoru Aybəniz Məmmədova giriş sözü ilə açıb və mövzunun əhəmiyyətindən bəhs edib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov mənəvi dəyərlərimizdən və dini radikalizmlə mübarizədə mənəvi dəyərlərimizin rolundan danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.