Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 07.10.2019 / 15:03

Oktyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçlığı ilə “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Atakişi Məhərrəmli, Elvin İbrahimov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad şəhər “Heydər” msəcidinin imam müavini Yusif Bağırov, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan QMİ-nin Sabirabad rayonu  üzrə səlahiyyətli  nümayəndəsi Ağakərim  Sadıqov milli-mənəvi dəyərlərimizin bir hissəsi olan dinimizin, dilimizin qorunmasında icmaların rolunu xüsusi qeyd edib. Müstəqillik illərində dini mühitin zənginləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü bildirərək bu sahəyə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib.

Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi Məhərrəmli milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışıb, Azərbaycanda milli ruhun yüksəlməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğunu diqqətə çatdırıb.

  Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
 


Son baxılan xəbərlər

Rəşad Məcid: “XXI əsrdə insanların cəhalətə, xurafata yuvarlandığını görəndə heyrət edirəm”

Müsahibələr
28.02.2020 / 17:33
Ətraflı oxu

Dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər
05.12.2018 / 12:39
Ətraflı oxu

Füzulidə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
01.06.2018 / 17:23
Ətraflı oxu

Qobuda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
12.02.2018 / 12:10
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri professor Əjdər Tağıoğlunun ...

Açıqlama
08.04.2020 / 14:12
Ətraflı oxu

Dövlət Komitəsində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib

Xəbərlər
23.01.2020 / 16:16
Ətraflı oxu