Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər / 04.10.2019 / 17:49

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov oktyabrın 4-də Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox ilə görüşüb.

Sədr müavini dini durumun, eləcə də dini müxtəlifliyin tənzimlənməsi sahəsində əldə olunan nailiyyətlərdən danışaraq qeyd edib ki, Azərbaycanda dünyaya örnək ola biləcək multikultural dəyərlər sistemi və modeli formalaşıb. Müxtəlif etnik mədəniyyətlər arasında ənənəvi birgəyaşayış, qarşılıqlı hörmət prinsiplərinə söykənən bu model ilə Azərbaycan sivilzasiyalarası və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısına çevrilib. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu diqqətə çatdıran Səyavuş Heydərov ölkəmizdə 35-i qeyri-islam olmaqla 942 dini icmanın dövlət qeydiyyatına alındığını, bütün dini qurumların dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyib.

Azərbaycana hər səfərində xalqımızın qonaqpərvərliyinə heyran qaldığını, ölkəmizdə mövcud olan çoxəsrlik multikultural mühitlə əyani şəkildə tanış olduğunu deyən Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox respublikamızdakı müxtəlif dini icmalarla sıx əməkdaşlığının, dostluğun təqdirəlayiq olduğunu vurğulayıb.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən birgə tədbirlərin keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.

 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib

Xəbərlər
18.11.2017 / 14:04
Ətraflı oxu

Göyçayda “İnsan Hüquqları Aylığı” çərçivəsində “İslamda insan haqları” mövzusunda tədbir keçirilib

Press-relizlər
31.05.2018 / 17:50
Ətraflı oxu

Bərdədə “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
26.01.2018 / 16:04
Ətraflı oxu

Mübariz Qurbanlı: "Müxtəlif dini radikal qrupların istifadə etdiyi atributları qadağan edən norma yaratmalıyıq"

Müsahibələr
06.11.2015 / 17:34
Ətraflı oxu

Dövlət Komitəsində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
19.01.2018 / 17:53
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
16.01.2020 / 17:29
Ətraflı oxu