İmişlidə maarifləndirmə tədbiri baş tutub

Press-relizlər / 03.10.2019 / 17:44

Oktyabrın 3-də İmişli Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ehsan süfrələrinin sadələşdirilməsi ilə bağlı maarifləndici tədbir keçirilib. 

Tədbirdə  İmişli RİH başçısının birinci müavini Səfa Ağayev, DQİDK-nın  İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, dini icma sədrləri və din xadimləri, eləcə də rayon  ictimaiyyətinin  nümayəndələri  iştirak ediblər.

Tədbiri giriş sözü ilə RİH başçısının birinci müavini Səfa Ağayev açaraq bu gün ölkəmizdə dövlət-din münasibətlərinin mövcud səviyyəsinin ən yaxşı model kimi qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə dövlət-din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Dövlət dini qurumlar və dini icmalar arasında münasibətlərin sağlam əməkdaşlıq və tolerantlıq əsasında qurulması işinə dəstək verir.

DQİDK-nın  İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov bildirib ki, ölkədə yas mərasimlərinin sadə şəkildə keçirilməsinin təmin edilməsi üçün maarifləndirmə işi aparılır.  Bu məqsədlə tanınmış din xadimlərinin, ictimaiyyət və dövlət nümayəndələrinin  iştirakı ilə keçirilən tədbirlər bu gün də davam etdirilir. 

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli  nümayəndəsi  Adıgözəl Bəşirov qeyd edib ki, yas məclislərinin sadə şəkildə keçirilməsinin vacibliyi, israfçılığa yol verilməməsi mövzusunda cəmiyyətin maariflənməsində din xadimlərinin,  yas məclislərini  aparan rəsmi  imam,  imam müavinləri və dini ayin icraçılarının üzərinə mühüm vəzifələr  düşür. Din xadimləri  məclis və yığıncaqlarda insanlarla daha çox ünsiyyətdə olduğundan cəmiyyətin digər üzvləri ilə müqayisədə onlar daha çox aktivlik nümayiş etdirməlidirlər.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vəhdət qanımızdadır” filminin ilk nümayişi olub

Press-relizlər
29.11.2018 / 16:33
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlərimizdə İslam vəhdəti” mövzusunda maarifləndirici tədbir baş tutub

Press-relizlər
06.06.2017 / 12:39
Ətraflı oxu

Bərdədə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
20.12.2018 / 16:06
Ətraflı oxu

"İslamda Vətən və dövlət sevgisi"

Kitablar
04.12.2015 / 12:49
Ətraflı oxu

Masallıda "Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusu müzakirə olunub

Press-relizlər
06.11.2018 / 10:15
Ətraflı oxu

Dövlət Komitəsi koronavirus təhlükəsi ilə bağlı İranda dini yerlərə ziyarət təşkil edənlərə tövsiyələr verib

Açıqlama
21.02.2020 / 17:57
Ətraflı oxu