Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 02.10.2019 / 15:03

 

Oktyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Aşağı Nüvədi qəsəbə tam orta məktəbində tədbir keçirilib.

“Mənəvi dəyərlərin təbliğinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti” mövzusunda baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin  aparıcı məsləhətçisi Cəmil Axundzadə, məktəbin direktoru Nisə Camalova, müəllimlər və şagirdlər iştirak edib.

Çıxışlar zamanı gənclər arasında mənəvi dəyərlərin təbliğ edilməsi və onların bu dəyərlər ruhunda formalaşmasının zəruriliyi vurğulanıb. Dini radikalizmə və digər zərərli vərdişlərə qarşı aparılan mübarizə tədbirləri haqqında məlumat verilib. Qeyd olunub ki, gənclərimizin bu kimi mənfi cərəyanlardan və meyillərdən qorunması olduqca vacibdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

 

 

 


Son baxılan xəbərlər

Ravvin Abraham Kuper Azərbaycanda tolerantlıq ənənələri haqda məqalə yazıb

Multikulturalizm
11.01.2017 / 16:33
Ətraflı oxu

Qəbələdə “Dini ekstremizm–ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusu müzakirə edilib

Press-relizlər
24.06.2019 / 17:58
Ətraflı oxu

Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir

Press-relizlər
15.11.2018 / 18:09
Ətraflı oxu

“Dini radikalizmlə mübarizə: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.11.2018 / 15:21
Ətraflı oxu

Ali dəyərlərin qoruyucusu

Xəbərlər
21.02.2020 / 09:33
Ətraflı oxu

Beyləqanda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
24.09.2019 / 15:55
Ətraflı oxu