Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Press-relizlər / 30.09.2019 / 14:35

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 30-da Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin (BMqT) rəhbəri Vladimir Qyorqiyev ilə görüşüb.

Görüş zamanı DQİDK sədri Azərbaycandakı dini vəziyyət, dövlət-din münasibətləri, Dövlət Komitəsinin fəaliyyəti və konfessiyalararası münasibətlərin vəziyyəti barədə məlumat verib.

Eyni zamanda BMqT ilə səmərəli əməkdaşlıq əlaqələrinə toxunan Mübariz Qurbanlı birgə həyata keçirilmiş “Həssas icmaların dayanıqlığının gücləndirilməsi”, “Dayanıqlıq naminə ictimai fəaliyyət” kimi layihələrin əhəmiyyətini vurğulayıb. Layihələr çərçivəsində icmaların zorakı ekstremizmə qarşı dayanıqlığının, icma həmrəyliyi və birliyinin gücləndirilməsi məqsədi ilə keçirilən təlimlərin, müxtəlif tədbirlərin önəminə diqqət çəkib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Azərbaycandakı nümunəvi birgəyaşayış modeli, həmrəylik və dostluq mühitini qürurverici hal kimi qiymətləndirib. Təmsil etdiyi qurum ilə DQİDK arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin qarşılıqlı əhəmiyyət kəsb etdiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, eləcə də cari və gələcək əməkdaşlığın perspektivləri, o cümlədən birgə konfransın təşkil edilməsi barədə geniş fikir mübadiləsi aparılıb.


Son baxılan xəbərlər

Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb

Press-relizlər
19.06.2019 / 09:55
Ətraflı oxu

Oğuzda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
15.11.2019 / 15:02
Ətraflı oxu

Terrorizm və ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdəndir

Xəbərlər
17.12.2019 / 17:28
Ətraflı oxu

“Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda videokonfrans keçirilib

Press-relizlər
21.06.2021 / 17:02
Ətraflı oxu

Prezident İlham Əliyev Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib

Xəbərlər
30.03.2019 / 13:21
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə layihələri uğurla icra olunur

Press-relizlər
28.04.2016 / 16:06
Ətraflı oxu