Masallı rayonunda “Nəsimi yaradıcılığında mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Xəbərlər / 26.09.2019 / 16:21

Sentyabr 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan etməsi ilə bağlı sərəncamına uyğun olaraq “Nəsimi yaradıcılığında mənəvi dəyərlərimiz”  mövzusunda tədbir keçirilib.

Tədbirdə  DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov və Ayıq Səmədov, Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı Ziyalılar Cəmiyyəstinin sədri Qardaş Fətullayev və gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi Azərbaycan mədəniyyətinə, dilimizə, ədəbiyyatımıza və mənəviyyatımızın əbədiləşdirilməsinə xidmətin baiz nümunəsidir. Dövlət başçısının təşəbbüsü ilə Nəsiminin bütün əsərləri latın qrafikası ilə yenidən nəşr olunub, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeiri, incəsənət və mənəviyyat festivalı keçirilib.

İlahiyyatçı Rəşid Talıbov qeyd edib ki, İslam İrfan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olan Nəsimi poeziyası fəlsəfi fikrin təməlini qoyanlardan biridir. Nəsimi yaradıcılığında sufizm, tolerantlıq və multikultural mahiyyətin qabarıq nəzərə çarpdığını qeyd edən Rəşid Talıbov daha şairin Azərbaycan poetik dilinin inkişafına böyük təsirini vurğulayıb.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov bildirib ki, Nəsimi insan düşüncələrinə çox dərindən vaqif olub və özündən sonrakı ədəbiyyata böyük təsir göstərib. Nəsimi düşüncə modelləri yaradan mütəfəkkir idi. İmadəddin Nəsimi olmasaydı, hürufilik bu qədər əhatəli olmazdı. O, şeirlərində dəfələrlə vurğulayırdı ki, insanı mənəvi kamilliyə çatdıran haqq yoludur, ona görə də əsl sadiq aşiqlərin ən böyük sevgisi də bu haqqa bəslənilən hüdudsuz eşqdir.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov qeyd edib ki, böyük mütəfəkkir İmadəddin Nəsimi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi söz ustadıdır. Dahi şairimizin ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi əhəmiyyət kəsb edirş. Çox mürəkkəb və ziddiyyətli ömür yolu keçmiş Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoyub.

Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Masallı Rayon Dövlət Regional Kollecinin müəllimi Kəmalə İmanova, gənclərdən Cavid Nuri və başqaları çıxışlarında  böyük filosof şair İmadəddin Nəsiminin Azərbaycan Ədəbiyyatı tarixində insan əzəməti, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etdiyini bildiriblər.


Son baxılan xəbərlər

Balakəndə “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsidir” mövzusu müzakirə edilib

Xəbərlər
06.02.2020 / 17:46
Ətraflı oxu

Sadiq Mirzəyev: “Bu ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi dünyaya bir çağırışdır”

Multikulturalizm
25.01.2016 / 09:58
Ətraflı oxu

“Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
12.09.2018 / 11:38
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Komissiyanın yaradılması olduqca zəruri idi”

Müsahibələr
14.06.2017 / 11:20
Ətraflı oxu

Mübariz Qurbanlı: "Cənab Prezident öz çıxışında qeyd etdi ki, biz öz haqq səsimizi hər ...

Xəbərlər
17.03.2020 / 09:25
Ətraflı oxu

Dövlət Komitəsində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
19.01.2016 / 14:52
Ətraflı oxu