Ağcabədidə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 23.09.2019 / 12:00

Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecində “Narkotik vasitələrin qəbulu və yayılmasına qarşı mübarizə: hüquqi və mənəvi müstəvidə” mövzusunda seminar keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimov, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Ceyhun Rüstəmov və müəllim, tələbə heyəti iştirak ediblər.

Natiqlər çıxışlarında Azərbaycan Respublikasında dövlət səviyyəsində narkotizmlə və narkobizneslə mübarizənin əsaslarından, narkomanlığın və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin ölkəmizin iqtisadiyyatına, ictimai asayişə, insanların sağlamlığına, mənəviyyatına və psixologiyasına vurduğu ziyanlardan, gənc və yeniyetmələri narkomaniyaya doğru çəkən daxili və xarici amillərdən bəhs ediblər.

Tədbir zamanı iştirakçılara Dövlət Komitəsi tərəfindən nəşr olunmuş kitab və kitabçalar paylanılıb.


Son baxılan xəbərlər

Hacıqabulda “Dini məzhəbçilik meyillərinin dini təhlükəsizliyə təsiri” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
13.02.2020 / 17:46
Ətraflı oxu

Dövlət Komitəsində görüşlər keçirilib

Xəbərlər
10.02.2020 / 17:54
Ətraflı oxu

Ucarda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
30.09.2019 / 16:28
Ətraflı oxu

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

Şabran şəhərində “Uşaq hüquqları aylığı”na həsr olunmuş tədbir keçirilib

Xəbərlər
25.10.2018 / 10:28
Ətraflı oxu

Elşad İskəndərov: “Milli kimliyimizi formalaşdıran, onun ayrılmaz hissəsi olan milli-mənəvi dəyərlərimizin tədqiqatı böyük əhəmiyyət ...

Press-relizlər
18.10.2013 / 17:34
Ətraflı oxu