Masallıda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər / 20.09.2019 / 11:15

Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə “Gənclərin tərbiyəsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə  DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov, Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, hər bir xalqın tarixi yetkinləşmə və təkamül prosesinin ümdə qayəsini dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, pak və ali dəyərləri müəyyən edir.     

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov vurğulayıb ki, milli dəyərlərin qorunması və gənc nəslə aşılanması cəmiyyət üçün həmişə aktualdı. Gənclərin ədalət və düzgünlük, humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, cəsarət və şücaət, mərdlik ruhunda tərbiyə edilməsində mənəvi dəyərlərimizin böyük rolu olduğunu bildirib. 

Daha sonra çıxış edən Masallı rayon Dövlət Rəsm Qalereyasının müdiri vəzifəsini icra edən Təhmasib Məcidli və başqaları çıxışlarında mövzu ətrafında fikirlərini bildiriblər.

Tədbirin sonunda Tarix-Diyarşünaslıq muzeyində yaradılmış şəhidlərimizin qəhrəmanlığından bəhs edən sərgiyə baxış keçirilib.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev İranın Sərhəd Qoşunları komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
11.12.2018 / 12:16
Ətraflı oxu

Yevlaxda “İnsan Hüquqları Aylığı” ilə bağlı tədbir keçirilib

Press-relizlər
30.05.2019 / 14:03
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin APA-ya müsahibəsi

Xəbərlər
29.11.2014 / 10:05
Ətraflı oxu

“Dini radikalizmlə mübarizə: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.11.2018 / 15:21
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "a24.az" saytına müsahibə verib

Press-relizlər
04.10.2017 / 17:32
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda tədbirlər keçirilib

Press-relizlər
11.12.2015 / 15:23
Ətraflı oxu