Göyçay rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 17.09.2019 / 15:28

Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam dininin humanistliyi”  mövzusunda  maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay rayon Heydər Əliyev Mərkəzinin direktoru Zenfira Əliyeva, rayon Gənclər Mərkəzinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı İslam dininin humanist mahiyyətli, sülh, əmin-amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə, dözümlülüyə, elmə və inkişafa çağırış dini olması qeyd olunub. Azərbaycanın tarixin erkən dövrlərindən İslamın yayılmasında böyük rol oynadığı, bu gün də ümumbəşəri önəm kəsb edən ideyaların bütün dünya ictimaiyyətinə ünvanlandığı ənənəvi məkan statusunu qoruması diqqətə çatdırılıb.

Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Bakıda “XXI əsrdən baxış: dövlət, cəmiyyət və din” mövzusunda konfrans keçirilib

Xəbərlər
23.10.2019 / 15:55
Ətraflı oxu

Dövlət Komitəsinin sədri: Azərbaycanda radikal qrupların kök atması və genişlənmələrinin qarşısı alınıb

Açıqlama
28.12.2017 / 16:41
Ətraflı oxu

Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
19.06.2019 / 17:29
Ətraflı oxu

Göyçayda “Məktəblilərin radikal dini təsirlərdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
06.04.2017 / 14:19
Ətraflı oxu

Sumqayıtda Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
08.11.2019 / 09:55
Ətraflı oxu

“Dini ekstremizm: onun səbəbləri və aradan qaldırılması üsulları” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
25.01.2017 / 09:20
Ətraflı oxu