Səyyad Salahlı: “Minbər tribunadır, onu kənar adamlara vermək olmaz!”

Press-relizlər / 06.09.2019 / 14:30

5 və 6 sentyabr tarixlərində  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

Dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mansur Məmmədov mövzunun əhəmiyyətindən danışıb. Mansur Məmmədov Cəlilabadakı dini durum barədə də məlumat verib və bildirib ki, rayon ərazisində dini durum sabitdir.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında milli-mənəvi, dini dəyərlərin cəmiyyətdə təbliğinin hansı əsaslar üzrə aparılması, son illərdə dövlətin geniş vüsət almış din siyasətinin müxtəlif vasitələrlə ictimaiyyətə çatdırılması yolları, dövlətçiliyin və milli-mənəvi irsin qoruması, eləcə də təbliğ edilməsi, eyni zamanda, dini maarifləndirmə işinin təşkili və aparılması sahəsində əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələrə toxunub.

Səyyad Salahlı bildirib ki, son dövrlərdə baş verən hadisələr  dini radikalizm aktuallığını itirməyib, əksinə, qlobal təhlükəli bəlaya çevrilib. Bu baxımdan onun qarşısını almaq, təhlükənin azalmasına nail olmaq və inkişaf etməsi üçün şəraitin yaranmasına imkan verməmək hər bir ölkənin milli təhlükəsizliyinin təmin olunması baxımından mütləqdir. Bu baxımdan dini radikalizmlə mübarizədə ən mühüm vasitə maarifləndirmə hesab edilir. Sözügedən prosesdə zəngin biliklərə malik din xadimlərinin də üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən Komitə rəsmisi vurğulayıb ki, bu şəxslərin  mövqeyi, həm də fikirləri doğru və mənalı olmalıdır. Bəşəriyyətin və cəmiyyətin maraqları nəzərə alınmalıdır ki, dindar insanlar yanlış yola yönəlməsinlər, dini ayrı-seçkliyə, ədavətə yol verməsinlər. Onun sözlərinə görə nüfuzlu din xadimləri dinlər və mədəniyyətlərarası münasibətlərə həssas yanaşmalı, bu sahədə atdıqları addımların cəmiyyətin təhlükəsizliyi baxımından nə qədər böyük əhəmiyyət kəsb etdiyinin fərqinə varmalıdırlar. Onlara etibar olunan minbərin saxta ruhani kimliyinə malik şəxslərin əlinə keçməsinə imkan verməməlidirlər.

“Minbər tribunadır, onun ölkəmizin mənafeyini öz mənfəətlərinə qurban verməyə hazır olan, din pərdəsi adı altında gizlənən şəxslərin əlində alətə çevrilməsi yolverilməzdir. Çünki dinin siyasiləşməsi indiyədək heç bir cəmiyyətə xoşbəxtlik gətirməyib.”-, deyə sədrin birinci müavini sözlərinə əlavə edib.  

Cəlilabad Rayon İH başçısının müavini Elnarə Həsənova, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə, Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şəbəsinin müdiri Miryəhya Bədirov, QMİ-nin Cəlilabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov və başqaları çıxışlarında Ümummilli Lider Heydər Əliyevin dinə göstərdiyi qayğıdan bəhs edərək bu uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıblar. Qeyd ediblər ki, ölkəmizdə dini konfessiyalara fərq qoyulmadan dini ibadətgahların təmir və bərpa olunması tolerantlığın dövlət siyasətinə çevrilməsinin bariz göstəricisidir.

Tədbirdə zərərli dini cərəyanların əsas fəaliyyət metodlarına da toxunulub. DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filminin də nümayiş olunduğu ikigünlük seminar-müşavirə müzakirələrlə başa çatıb.

 

 


Son baxılan xəbərlər

Masallıda vətənpərvərlik mövzusunda tədbir keçirilib

Press-relizlər
09.02.2018 / 17:11
Ətraflı oxu

Prezident İlham Əliyev: “2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi sülhə çağırışdır”

İSLAM HƏMRƏYLİYİ İLİ
25.09.2017 / 15:52
Ətraflı oxu

Mübariz Qurbanlı: “Gülənçilərlə bağlı məlumatı lazımi qurumlara çatdırmışıq”

Açıqlama
19.08.2016 / 12:57
Ətraflı oxu

Dini radikalizm tolerantlıq prisiplərinə ziddir

Press-relizlər
31.01.2018 / 15:42
Ətraflı oxu

Balakəndə “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.03.2019 / 15:54
Ətraflı oxu

“Dini radikalizm, zərərli vərdişlər və erkən nikaha qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.02.2019 / 17:32
Ətraflı oxu