“Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış” kitabı çap edilib

Kitablar / 24.07.2019 / 15:05

Hər bir xalqın dəyərlər sistemi onun kimliyini ortaya qoyan əsas elementdir, cəmiyyətdə var olan milli birliyin əsas təməl daşlarından biridir. Bu dəyərlər kütlələri bir-birinə sıx bağ ilə birləşdirir və bununla  xalq özündə zaman-zaman üzləşdiyi xarici və daxili təzyiqləri dəf etmək üçün güc tapır. Dini və milli bağları zəif, inanc sistemi iflas etmiş toplumlar yaşadıqları xaos, qarşıdurma və anarxiya səbəbindən  assimilasiyaya uğrayırlar. 

Xalqın tarixən formalaşdırdığı və bu günədək gətirib çıxara bildiyi mənəvi dəyərləri qorumaq və gələcək nəsillərə ötürmək ümdə vəzifəmizdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Saleh Arslanın “Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış” adlı kitabı da bu missiyaya xidmət edir.

Nəşrdə mənəvi dəyərlərə psixoloji, sosioloji aspektlərdən yanaşılıb,  xüsusiyyətləri, funksiyaları təhlil olunub, həmçinin ictimai fikir formaları olan dinlər, ənənəvi və qeyri-ənənəvi konfessiyalar araşdırılıb. Azərbaycançılıq ideologiyasının təhlilinin də geniş işıqlandırıldığı kitab  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən nəşr edilib.

Son baxılan xəbərlər

Hacıqabul rayonunda “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
17.03.2018 / 10:26
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşı Ümumrusiya Millətlərarası Gənclər Forumunda iştirak edib

Xəbərlər
25.10.2018 / 10:40
Ətraflı oxu

Nizami rayonunda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilib

Xəbərlər
03.09.2019 / 15:30
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində tədbirlər davam etdirilir

Press-relizlər
20.09.2017 / 16:10
Ətraflı oxu

Bölgələrdə “Şəhadət” sənədli filmi nümayiş etdirilir

Press-relizlər
12.01.2018 / 10:03
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Press-relizlər
21.11.2019 / 11:25
Ətraflı oxu