“Sülh aylığı” çərçivəsində İmişlidə tədbir keçirilib

Press-relizlər / 03.09.2019 / 15:13

Sentyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçlığı ilə İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Sülh aylığı”  çərçivəsində “Azərbaycanda vicdan və dini etiqad azadlığı” mövzusunda  tədbir  keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov,  İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə müdiri Arzu Baxşalıyeva,  kitabxana işçiləri və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İmişli  rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə müdiri Arzu Baxşalıyeva bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma tarixi haqqında məlumat verib.  O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edildiyini və bu aylıq çərçivəsində müxtəlif marrifləndirmə tədbirləri təşkil olunduğunu qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”nın mahiyyəti və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə elan edilmiş “Sülh aylığı” barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd  edib ki, gənclər arasında sülh və humanizm prinsiplərinin, milli-mənəvi dəyərlərin təbliğ edilməsi olduqca vacibdir

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.  

Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşların müraciətlərini dinləyiblər

Press-relizlər
21.05.2019 / 13:42
Ətraflı oxu

Tariximizin ən şərəfli səhifəsinin müəllifi

Xəbərlər
24.12.2020 / 09:57
Ətraflı oxu

Qusarda “İslam dinində insan haqları” mövzusunda tədbir keçirilib

Press-relizlər
01.06.2018 / 14:40
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə ...

Xəbərlər
28.01.2021 / 17:10
Ətraflı oxu

İnsan hüquqları mövzusu müzakirə olunub

Press-relizlər
11.06.2020 / 10:57
Ətraflı oxu

"Azərbaycan öz azadlığını qanı bahasına qazanıb" (Foto)

Xəbərlər
18.01.2013 / 15:00
Ətraflı oxu