Abşeron rayonunda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər / 02.09.2019 / 16:09

Sentyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.

Dini icma sədrləri, din xadimləri və digər ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Abşeron RİH başçısının müavini Fuad Cəbrayılov keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunub. O, həmçinin rayondakı mövcud dini durum haqqında məlumat verib.

DQİDK sədrinin müavini Gündüz İsmayılov çıxışında bildirib ki, Azərbaycan və azərbaycanlılar  üçün təkcə din yox, həm də mədəniyyət mənasını ifadə edən İslam bizim mövcudluğumuzu şərtləndirən və təsdiqləyən fakta çevrilib. Bu nöqteyi-nəzərdən təkcə onu demək kifayətdir ki, Azərbaycanın son 14 əsrlik tarixini, elmini, mədəniyyətini, ədəbiyyatını, məişətini və mənəviyyatını İslamsız təsəvvür etmək mümkün deyil. Milli dəyərlərimiz dini dəyərlərimizlə o qədər bütünləşib ki, onların sərhədlərini müəyyənləşdirmək nəinki çətindir, hətta, mümkünsüzdür.

Sədr müavini qeyd edib ki, elmə, təhsilə, müasirliyə, dünyəviliyə, qadına, ailəyə yüksək dəyər verilməsi, məzhəbçilikdən uzaq olması Azərbaycanda ənənəvi İslamın xarakterik xüsusiyyətləridir və milli mənsubiyyətimiz, mədəniyyətimizlə bağlı hər şeyi inkar etmək və buna İslam prizmasından haqq qazandırmağa çalışmaq qəbuledilməzdir. Komitə rəsmisinin sözlərinə görə, din və etnik məsələ dövlətlərin və siyasi dairələrin məqsəd və hədəflərinə çatmaları üçün “ən yaxşı vasitə”, “ən təsirli silah” kimi qalmaqdadır. 

Bəzi maraqlı dairələrin təbliğatlarını milli kimliyimizin, hətta milli mədəniyyətimizin, adət-ənənələrimizin inkarı üzərində qurduğunu təəssüflə bildirən G.İsmayılov Aşura mərasimlərində hər hansı siyasi çıxışların olmaması, bu mərasimlərin siyasi alət kimi istifadə edilməməsi və dinimizin sırf mənəvi-ruhi nöqteyi-nəzərdən təbliğ edilməsinin vacibliyinə toxunub. Aşura mərasimlərində Qafqaz Müsəlmanları İdarəsinin fətvasına, orada qeyd olunan tövsiyələrə əməl edilməsinin önəmindən bəhs edən DQİDK sədrinin müavini vurğulayıb ki, Məhərrəmlik mərasimləri qanun çərçivəsində keçirilməli, zəncir vurmaq, baş yarmaq kimi xalqımızın mədəniyyətinə və dinimizə uyğun olmayan əməllərə yol verilməməlidir.

Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rauf Sərdarov  dövlətin dinə dəstəyindən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mütəmadi olaraq məscidləri, dini ibadət ocaqlarını ziyarət etməsi, dindarların problemləri ilə maraqlanması dinə dövlət qayğısının bariz nümunəsidir.


Son baxılan xəbərlər

Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib

Press-relizlər
22.08.2019 / 15:44
Ətraflı oxu

Masallıda “Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.05.2017 / 09:57
Ətraflı oxu

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu

Xəbərlər
07.11.2019 / 17:15
Ətraflı oxu

Prezident İlham Əliyev Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib

Xəbərlər
30.03.2019 / 13:21
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının və Elmi-Dini Şuranın fətvası

Xəbərlər
28.08.2019 / 10:45
Ətraflı oxu