Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 29.08.2019 / 14:05

Avqustun 29-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin  (ŞTŞ) birgə təşkilatçılığı ilə rayonun Şiləvar kənd məktəbində maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Qulaməli Hüseynov, Şiləvar və Digah kənd məktəblərinin pedaqoji kollektivi və valideynlər iştirak ediblər.        

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxış edərək ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin nümunəvi Azərbaycan modeli haqqında iştirakçıları məlumatlandırıb. Dini dəyərlərin mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu deyən E.Həmidli bu dəyərlərin qorunması, gənclərin bu dəyərlər və Azərbaycançılıq ideologiyası əsasında tərbiyə edilməsinin vacibliyinə diqqət çəkib.

Lənkəran ŞİH başçısının Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Qulaməli Hüseynov, məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri və psixoloqlar çıxış edərək gənclərin mənəvi dəyərlərimiz və vətənpərvərlik  ruhunda formalaşmasının zəruriliyi ilə bağlı fikirlərini bildiriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Xəbərlər
12.04.2018 / 10:23
Ətraflı oxu

Masallıda "Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.10.2019 / 14:58
Ətraflı oxu

Zaqatalada “Azərbaycanda ənənəvi İslam dəyərləri” mövzusunda tədbir keçirilib

Press-relizlər
26.01.2018 / 12:08
Ətraflı oxu

Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər
12.03.2019 / 12:32
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini: "Fanatizm və radikalizmə məruz qalanlarla iş aparılacaq"

Müsahibələr
23.01.2018 / 15:22
Ətraflı oxu

Dünyanın məhşur müsəlman idmançıları haqqında kitab çap olunub

Kitablar
22.05.2017 / 15:40
Ətraflı oxu