Səyyad Salahlı: “Din xadimləri üzərlərinə düşən borcu layiqincə yerinə yetirməli, onlara həvalə edilən missiyanı uğurla həyata keçirməlidirlər”

Press-relizlər / 30.08.2019 / 14:09

29 və 30 avqust tarixlərində  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İsmayıllı  Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

Dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rövşən Ağayev Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunmasında Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Natiq cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini qeyd edib. İsmayıllıda dini durumun sabit olduğu vurğulayan R.Ağayev onu da deyib ki, ölkəmizdə vicdan azadlığının təmin edilməsi, dini icmalara fəaliyyətlərinin genişləndirilməsi məqsədilə dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərilir.

Mövzunun əhəmiyyətindən danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dindən siyasi məqsədlər üçün istifadənin yolverilməzliyini və buna qarşı mübarizədə birliyin vacibliyini önə çəkib. Səyyad Salahlı həmçinin, dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları, dünyada baş verən siyasi proseslərin dini radikalizmə təsiri barədə geniş məlumat verib. Dövlətin tarixən ölkəmizdə mövcud olan və keçmişdən bizə miras qalan mütərəqqi dini ənənələrin yaşadılması və inkişafı ilə əlaqədar gördüyü işlərdən bəhs edən Komitə rəsmisi eyni zamanda gənclərin, ziyalıların və din xadimlərinin dini radikalizmlə mübarizədə fəal olmalarının vacibliyindən söz açıb.

Bildirib ki, din insanların şüuruna və cəmiyyətə təsir göstərmək üçün güclü vasitədir. Onun cəmiyyət, ümumilikdə bəşəriyyət üçün əhəmiyyətini məkrli qüvvələr də yaxşı başa düşür və bəzən bundan məharətlə istifadə edirlər. Nəticədə insanları birliyə, vəhdətə çağıran dinlər mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə əlində radikal ekstremist, xurafat, antimilli formaya salınır. Bu baxımdan milli dövlətimizin ideologiyasının tərkib hissəsi olan dindən dövlətçiliyimizə qarşı istifadənin qarşısının alınmasında din xadimlərinin, dini icma sədrlərinin aktivliyi xüsusi önəm daşıyır, o cümlədən dinlərarası dialoqun və əməkdaşlığın reallaşmasında din xadimlərinin üzərinə daha böyük vəzifə və məsuliyyət düşür. Çünki din xadimləri təkcə özlərinin deyil, eyni zamanda onların arxasınca gedən yüzlərlə, minlərlə, hətta, milyonlarla möminin mövqeyinə, eləcə də dini dünyagörüşünün formalaşmasına görə ən azı mənəvi məsuliyyət daşıyırlar. Sədrin birinci müavininin sözlərinə görə, geniş təbliğat imkanına, tribunaya, ibadət evlərində söz kürsüsünə malik şəxslər bu imkanlardan maksimum istifadə etməli  və minbərin din pərdəsi altında mənfəətpərəst insanların əlinə keçməsinə qətiyyən yol verməməlidirlər. “Din xadimləri üzərlərinə düşən borcu layiqincə yerinə yetirməli, onlara həvalə edilən missiyanı uğurla həyata keçirməlidirlər. Əks halda bu cəmiyyətdə ictimai-siyasi vəziyyətin arzuolunmaz məcraya yönəlməsinə, eləcə də milli dövlət maraqlarımıza xələl gəlməsinə, vəhdət və həmrəylik mühitimizin pozulmasına səbəb ola bilər”, - deyə Komitə rəsmisi sözlərinə əlavə edib.

QMİ-nin İsmayıllı bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Vasif Teymurov çıxışında dövlətin dinə və dindarlara qayğısından bəhs edib. Ölkəmizdə 2200-dən artıq məscidin mövcud olduğunu vurğulayan QMİ rəsmisi son illərdə bütün dini ocaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri, yeni dini ibadətgahların inşasını ölkə başçısının xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin gözəl nümunəsi adlandırıb.

DQİDK-nın Mərkəzi Aparatının əməkdaşları Tərxan Paşayev və Orxan Maşayev isə çıxışlarında dini radikalizmin və zərərli ideologiyaların yayılmasına qarşı mübarizənin vacibliyinə, eləcə də dini maarifləndirmənin roluna toxunublar.

DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filminin də nümayiş olunduğu ikigünlük seminar-müşavirə müzakirələrlə başa çatıb.


Son baxılan xəbərlər

“Həmrəylik-dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

Press-relizlər
06.12.2017 / 10:19
Ətraflı oxu

“İnsan Hüquqları Aylığı” çərçivəsində Lənkəranda tədbir keçirilib

Press-relizlər
08.06.2018 / 16:22
Ətraflı oxu

“Multikulturalizm: meyillər və reallıqlar” kitabının təqdimatı olub

Multikulturalizm
20.12.2016 / 11:42
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin birinci müavini Neftçalada vətəndaşları qəbul edib

Press-relizlər
23.01.2020 / 15:24
Ətraflı oxu

İsrail və Azərbaycan: bəli, yəhudilərlə müsəlmanlar dost ola bilər!

Multikulturalizm
16.10.2018 / 10:34
Ətraflı oxu

Bakıda “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib

Press-relizlər
21.08.2018 / 15:06
Ətraflı oxu