Daxili Qoşunların Qubada yerləşən hərbi hissəsində seminar-treninq təşkil olunub

Press-relizlər / 29.08.2019 / 15:43

Avqustun 29-da Daxili Qoşunların Qubada yerləşən N saylı hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhlükə kimi” adlı seminar-treninq təşkil olunub. Seminarda hərbi hissənin zabit, gizir, çavuş və əsgər heyəti iştirak edib.

İlk öncə DQİDK-nın sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Seminarı DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev aparıb. O, çıxışında dini radikalizmin yaranmasının əsas səbəbi kimi dini məsələlərə siyasi donun geyindirilməsini və dini bilikləri az olan insanlara təsir etməklə onları yolundan azdırıb mənəvi dəyərlərdən uzaqlaşdırmağı, gəncləri aldadaraq din adı altında başqa dövlətlərə apararaq orada sabitliyi pozan hərəkətlərə yol verilməsini və s. ön plana çəkib. E.Nurullayev qeyd edib ki, hər bir şəxsin sərbəst şəkildə ibadət etmək, dini ayinləri asayişi pozmadan yerinə yetirmək kimi hüquqları vardır. Lakin bu hüquqlardan sui-istifadə edərək, qanunları təhrif etməklə insanları məzhəbçiliyə, təriqətçiliyə sürükləmək yolverilməzdir.

Seminarda hərbçiləri maraqlandıran bir sıra suallar cavablandırılıb, müzakirələr aparılıb.

Yekunda hərbi hissəyə DQİDK-nın razılığı ilə nəşr olunmuş dini ədəbiyyat təqdim olunub.  

Son baxılan xəbərlər

Masallıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
07.11.2019 / 14:36
Ətraflı oxu

Masallıda “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.01.2017 / 10:00
Ətraflı oxu

Saatlıda dini icmalarla birgə tədbir keçirilib

Press-relizlər
04.02.2019 / 17:14
Ətraflı oxu

Maştağada “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusu müzakirə edilib

Xəbərlər
12.02.2020 / 17:55
Ətraflı oxu

Dövlət Komitəsinin şöbə müdiri: “Dini maarifləndirmə işi sistemli şəkildə həyata keçirilməkdədir”

Açıqlama
24.07.2018 / 09:59
Ətraflı oxu

Dövlət Komitəsində görüşlər keçirilib

Xəbərlər
10.02.2020 / 17:54
Ətraflı oxu