Lənkəranda "Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər / 28.08.2019 / 16:11

Avqustun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Lənkəran  bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov,  Mərkəzi Kitabxananın direktoru Nuranə Nəsirova, kitabxananın əməkdaşları və filial müdirləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Kitabxananın direktoru Nuranə Nəsirova çıxışında “Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirin əhəmiyyətini vurğulayıb.

DQİDK-nın Lənkəran  bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli kənd və qəsəbələrdə milli-mənəvi, multikultural və tolerant dəyərlərin qorunması, eləcə də, “Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirlərin gənclərin Azərbaycançılıq, sülh və mərhəmət ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyəti olduğunu bildirib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “Sülh aylığı”ı və bununla əlaqədar həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Lənkəran rayonu üzrə təmsilçiliyinin əməkdaşı Şəlalə Əkbərova, Şağlaser kənd 15 saylı kitabxananın müdiri İldırım Paşayev, Boladi kənd 72 saylı kitabxananın müdiri Nazilə Qulamova çıxışlarında mövzu ilə bağlı fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Əliheydər Zülfüqarov: "“Fatimeyi-Zəhra” məscidi sökülməyəcək, əksinə orada icma yaradılacaq"

Açıqlama
06.02.2017 / 17:03
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük ...

Müsahibələr
14.01.2019 / 14:53
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Press-relizlər
23.11.2018 / 17:00
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İmişlidə vətəndaşları qəbul edəcək

Press-relizlər
23.11.2018 / 18:00
Ətraflı oxu

Səyyad Salahlı: “Ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar”

Press-relizlər
20.02.2020 / 14:19
Ətraflı oxu

Mehman İsmayılov: “Mənəvi dəyərlərin qorunması xalqımızın gələcəyi üçün vacibdir"

Müsahibələr
26.01.2018 / 17:41
Ətraflı oxu