Balakən rayonunda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər / 15.08.2019 / 14:54

Avqustun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin, Balakən Rayon İcra Hakimiyyətinin (RİH), Balakən rayon Gənclər və İdman İdarəsinin və Balakən Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və narkomaniya ilə mübarizə yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Balakən rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Nurlan Şibliyev, Balakən Rayon Təhsil Şöbəsinin metod kabinetinin direktoru Məryəm Qarayeva, məktəb direktorları, direktor müavinləri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı keçirilən maarifləndirici tədbirin əhəmiyyətindən söhbət açılaraq bildirilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin apardığı düzgün və mütərəqqi siyasət ölkəmizdə dini fanatizm və radikalizmin yayılması cəhdlərinin qarşısının alınmasında, narkomaniyaya qarşı mübarizədə önəmli rol oynamaqdadır. Dini radikalizm və narkomaniya problemlərinin mahiyyəti, fəsadları və mübarizə yolları haqqında ətraflı məlumat verilib, cəmiyyətin bu bəlalardan müdafiə olunması üçün birgə mübarizənin vacibliyi vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq

Press-relizlər
11.09.2018 / 11:54
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
26.12.2019 / 16:50
Ətraflı oxu

Dövlət Komitəsində 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Xəbərlər
26.07.2019 / 17:30
Ətraflı oxu

Saray qəsəbəsində “Azərbaycan dinlərarası tolerantlığın məkanı kimi” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
15.12.2017 / 16:15
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ-ın nəqliyyat komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Arxiv
16.12.2016 / 15:24
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

Press-relizlər
13.11.2019 / 18:01
Ətraflı oxu