ABŞ diplomatı: “Azərbaycanda müxtəlif din nümayəndələrinin təhlükəsiz şəraitdə sərbəst ibadət etmələri təqdirəlayiqdir”

Press-relizlər / 09.08.2019 / 10:06

Azərbaycandakı dözümlülüyün yüksək səviyyədə olması ABŞ hökumətinin diqqətini cəlb edir

“Azərbaycan çoxdinli bir ölkə kimi müxtəlif dini azlıqların birgə yaşaması və ölkədəki dözümlülüyün yüksək səviyyədə olması hər zaman Amerika Birləşmiş Ştatları hökumətinin diqqətini cəlb edir”. Bunu CBC-nin Vaşinqton bürosuna verdiyi ekskluziv müsahibəsində Amerikanın dini azadlıq məsələləri üzrə səfiri Samuel Braunbak deyib. Onun sözlərinə görə, Azərbaycanda müxtəlif məzhəb və din nümayəndələrinin təhlükəsiz şəraitdə sərbəst ibadət etmələri təqdirəlayiq bir haldır. Səfir bildirib ki, Azərbaycan-Amerika əlaqələrində dini azadlıqlar sahəsində əməkdaşlıq önəmli yer tutur.

Amerikalı diplomat Azərbaycanda yəhudi icmasının digər dinin nümayəndələri ilə birgə əmin-amanlıq şəraitində yaşamasını xüsusi qeyd edib. O vurğulayıb ki, bu, xoş bir nümunədir.“Yəhudilər özlərini Azərbaycanda çox rahat hiss edirlər”,- deyə diplomat əlavə edib.

Dağlıq Qarabağda Ermənistan ordusunun Azərbaycanın dini irsinə aid olan abidələri dağıtması və məcburi köçkünlərin öz torpaqlarında azad şəkildə ibadət etməkdən məhrum olması ilə bağlı suala cavabında Samuel Braunbak qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Amerika-Azərbaycan münasibətlərinin vacib bir hissəsidir.

 

Müsahibə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://youtu.be/JKZt5PDIip8

 

Son baxılan xəbərlər

Berlində “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
20.11.2018 / 09:47
Ətraflı oxu

Dövlət Komitəsində görüş olub

Press-relizlər
14.12.2017 / 16:31
Ətraflı oxu

Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.08.2019 / 14:03
Ətraflı oxu

Lənkəranda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusu müzakirə olunub

Press-relizlər
17.05.2019 / 12:30
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ kanalına müsahibə verib

Press-relizlər
24.10.2018 / 15:54
Ətraflı oxu

Məktəblərdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
19.12.2017 / 17:41
Ətraflı oxu