
Press-relizlər / 08.08.2019 / 14:03
Avqustun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin təbliğində dini icmaların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi Məhərrəmli, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq, zənginləşdirmək və gələcək nəsillərə ötürmək hər kəsin vətəndaşlıq borcudu. Milli-mənəvi dəyərlərin təbliğində, qorunub saxlanılmasında dinin rolu, xüsusilə dini icmaların bu işdə aktivliyinin əhəmiyyəti, eləcə də din xadimlərinin üzərinə böyük vəzifə düşdüyü diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.