Şəkidə “Azərbaycan xalqının mədəni dəyərləri dini radikalizmə qarşıdır” mövzusunda konfrans keçirilib

Press-relizlər / 31.07.2019 / 09:27

İyulun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mədəniyyət Nazirliyinin “Azərbaycan xalqının mənəvi dəyərlərinin təbliği və dini radikalizmə qarşı mübarizəyə dair 2019-cu il üçün birgə Tədbirlər Planı”na uyğun olaraq Şəki şəhəri Mədəniyyət Mərkəzində “Azərbaycan xalqının mədəni dəyərləri dini radikalizmə qarşıdır mövzusunda konfrans keçirilib.

Konfransda DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, Şəki Regional Mədəniyət İdarəsinin rəisi Mirvari Zeynalova, Şəki şəhər mərkəzi “Cümə” məscidinin imamı Əlyəsə Aslanov və mədəniyyət işçiləri iştirak ediblər.

Konfransı Şəki Regional Mədəniyət İdarəsinin rəisi Mirvari Zeynalova giriş sözü ilə açıb, mövzunun mahiyyətindən və aktuallığından bəhs edib.

Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilməsindən, bu sahədə görülən işlərdən danışıb. Azərbaycanda mövcud olan dini tolerantlığın dünyanın bir çox ölkəsinə nümunə olduğunu qeyd edib, xalqımızın zəngin milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Dini radikalizmin yaranması səbəbləri, yayılma metodları, törətdiyi fəsadlar barədə ətraflı məlumat verən T.Abdullayev dini radikalizmə qarşı aparılan mübarizə tədbirlərindən bəhs edib, təhsilin və maarifləndirmənin dini radikalizmə qarşı mübarizədə ən effektiv vasitə olduğunu bildirib.

Şəki şəhər mərkəzi “Cümə” məscidinin imamı Əlyəsə Aslanov ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq qeyd edib ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir. Natiq onu da vurğulayıb ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində həyata keçirilir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

“Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlı sənədli film hazırlanıb

Xəbərlər
13.07.2019 / 14:11
Ətraflı oxu

Göyçay rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
17.09.2019 / 15:28
Ətraflı oxu

Mübariz Qurbanlı: "Onlar kənardan aldıqları əmrləri icra edirlər"

Açıqlama
26.11.2015 / 18:51
Ətraflı oxu

Mübariz Qurbanlı: "Azərbaycanda sinaqoqlara qarşı istənilən terror təhlükəsinin olması ehtimalı sıfıra bərabərdir"

Açıqlama
15.01.2015 / 20:15
Ətraflı oxu

Siyəzəndə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
30.08.2018 / 11:06
Ətraflı oxu

Saatlıda “Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
19.03.2018 / 09:54
Ətraflı oxu