Hacıqabulda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 29.07.2019 / 15:30

İyulun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə Daxili Qoşunların Baş İdarəsi arasında təsdiqlənmiş Tədbirlər Planına əsasən daxili qoşunların Hacıqabul rayonunda yerləşən N saylı hərbi hissəsində zabit və əsgərlərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan hərbi hissə komandiri mövzunun əhəmiyyətindən danışıb. Natiq bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. 

Görüşdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov dünyada gərginliyin artmasına və qanlı toqquşmaların baş verməsinə baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi və dini sabitliyin mövcud olduğunu vurğulayıb.

Sədr müavini dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə ətraflı məlumat verib. Səyavuş Heydərov  vurğulayıb ki, dini radikalizmlə mübarizənin effektivliyinin artırılması üçün maarifləndirmə, preventiv və proflaktik xarakterli tədbirlərə üstünlük verilir. Dövlət Komitəsinin sədr müavini onu da bildirib ki, DQİDK bu istiqamətdə digər dövlət qurumları, eləcə də hüquq mühafizə orqanları ilə koordinasiyalı şəkildə tədbirlər həyata keçirir.

Milli təhlükəsizliyimizə əsas təhdidlərdən biri olan dini radikalizmin fəsadlarından da bəhs edən Səyavuş Heydərov bildirib ki, bəzi qrupların din adı altında xüsusən gənclərimizi çirkin məqsədlərinə alət etməsinə və Azərbaycan gənclərinin bu məqsədlərə qurban getməsinə heç bir vəchlə imkan vermək olmaz. DQİDK sədrinin  müavini onu da qeyd edib ki, İslam dininin siyasiləşdirilməsi cəhdləri onun terror və müharibədə qorxulu silaha çevrilməsinə səbəb ola bilər. İslamın sağlam təməllərinin əsas götürülməsinin önəminə toxunan sədr müavini bunun sayəsində bir çox problemli məsələlərin asanlıqla öz həllini tapa biləcəyini deyib.

Sonda zabit və əsgərlərin sualları cavablandırılıb.


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gədəbəydə vətəndaşları qəbul edib

Arxiv
21.06.2018 / 16:53
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib

Press-relizlər
27.04.2017 / 17:01
Ətraflı oxu

Saatlı rayonunda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
04.11.2019 / 16:11
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
22.01.2020 / 17:22
Ətraflı oxu

Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib

Xəbərlər
16.11.2018 / 17:00
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
29.10.2018 / 16:48
Ətraflı oxu